Tamaşada həmçinin əməkdar artistlər Səbinə Əsədova (Gülüş), Gülnaz İsmayılova (Dilbər), Cahangir Qurbanov (Atakişi) və s. iştirak edəcək. Tamaşanı dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” Milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.
Qeyd edək ki, C.Cabbarlının eyni adlı pyesinin motivləri əsasında yazılmış opera tamaşasında Azərbaycanın milli vokal sənətinin bir sıra görkəmli nümayəndələri – Rəşid Behbudov, Azər Zeynalov, Xuraman Qasımova, Şahlar Quliyev və b. əsas rollarda çıxış edib.