Platini imtina etdi

Platini imtina etdi
06:06 8 Yanvar 2016
15 İdman
Ölkə mətbuatı
A- A+

Səkkiz il müddətinə futboldan uzaqlaşdırılan Mişel Platini FİFA prezidentliyinə namizədlikdən rəsmən imtina edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Platininin özü açıqlama verib.

Rüşvət qalmaqalına görə cəzalandırılan UEFA-nın sabiq prezidenti bundan sonra əsas diqqətini cəzadan xilas olmağına yönəldəcəyini bildirib: "Artıq FİFA prezidentliyinə namizəd deyiləm. Bundan sonra əsas diqqətimi müdafiəmə yönəldəcəm. Blatter FİFA prezidentliyindən istefa verdikdən sonra 150 federasiyadan dəstək aldım. Lakin artıq motivasiyam qalmadı. İşlər heç də yaxşı görünmür. Hər zaman mübarizə apardım, ancaq mənə rəqabət şansı verilmədi".


Mişel Platini

Qeyd edək ki, FİFA Etik Komitəsinin qərarına əsasən Platini 8 il müddətinə futboldan kənarlaşdırılıb. FİFA prezidentliyinə seçkilər bu il, fevralın 26-da Sürixdə keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369166

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR