Xalq artisti Xuraman Qasımovanın döş xərçəngindən əziyyət çəkdiyi xəbəri yayılıb.
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, xəbərdə xalq artistinin əməliyyat olunduğu bildirilib. Amma yayılan xəbərlərdən Qasımova bacıları narahat olub.
Hazırda Almaniyadan eyni xəstəlikdən müalicə olunan teleaparıcı Hacı Nuran yayılan xəbərləri təkzib edib:
"Belə yalan məlumat necə yayıla bilər. Belə şey olar? Fidan və Xuraman xanım hazırda mənim yanımdadırlar".