Daha bir ölkə İranla diplomatik əlaqələri kəsdi

Daha bir ölkə İranla diplomatik əlaqələri kəsdi
04:19 15 Yanvar 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Komor Adaları İttifaqı Respublikası İranla diplomatik münasibətlərin dayandırılmasına dair qərar verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq qərar Komor Adaları hökumətinin iclasında qəbul olunub.

 

Bundan əvvəl Komor Adaları Respublikası Səudiyyə Ərəbistanı ilə həmrəylik nümayiş etdirərək İrandakı səfirini geri çağırıb.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 3-dən İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub.

 

Bəhreyn, Sudan və Cibuti Tehranla əlaqələrini kəsmiş  Səudiyyə Ərəbistanı ilə həmrəylik nümayiş etdirərək İranla diplomatik münasibətləri dayandırıblar. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR