Nazpərinin heç yerdə demədiyi ailə sirri: “Qayınanam oğlumu məndən almaq istəyirdi..." - MÜSAHİBƏ

Nazpərinin heç yerdə demədiyi ailə sirri: “Qayınanam oğlumu məndən almaq istəyirdi..." - MÜSAHİBƏ
12:09 16 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

“Keçmiş həyat yoldaşım övladlarıma atalıq etmədi”

Müğənni Nazpəri Dostəliyeva Lent.az-a müsahibə verib.

 

- Yaradıcılığınızda nə yenilik var?

 

-  Bir neçə işim var ki, onları yaxın günlərdə təqdim etmək niyyətindəyəm.

 

- Televiziyaların qoyduğu qadağa ilə bağlı keçirdiyiniz mətbuat konfransının sizə xeyri oldumu?

 

- Sonuncu mətbuat konfransım məni güldürdü. Həm də sevindirdi. Sevindirən o oldu ki, mənə qadağa qoyan, qapılarını üzümə bağlayan telekanallar etiraf etdilər ki, rəsmi qadağa yoxdur. Bu açıqlama məni sevindirməklə yanaşı güldürdü. Aydın məsələdir ki, bu, nə deməkdir. Özləri etiraf edirlər ki, Nazpəri xanıma qadağa yoxdur. Amma arxada qadağa olduğunu deyirlər, efirlərə çağırmırlar, yeni kliplərimi efirlərində yayımlamırlar. Konsertlərimi çəkib vermirlər.

 

- Cəmiyyətdə şou-biznes barəsində mənfi fikir formalaşmasının səbəbi nədir?

 

- Əvvəllər deyirdim ki, cəmiyyətimiz şou-biznesə alışmayıb, bu aləmi pis qəbul edirlər. Amma düşünürəm ki, artıq şou-biznesi cəmiyyətimiz də qəbul edib. Sualınıza gəlincə isə bu gün sənət adamları özlərini çox hörmətsiz ediblər. Danışıqları, dava-dalaşları, davranışları ilə. Əlbəttə ki, bu sözlərim hər kəsə şamil olunmur. Bu gün sənətkarlar efirlərdə az görülür. Çünki sənətkarlara pul təklif olunur. Həmin verilişlərdən də utanırlar. Şəxsiyyətlərinə sığışdırmayıb, efirə çıxmırlar. Şou aləmində elələri var ki, sənətkarları gözdən salırlar.

 

 

- Sənət və ailə. Nə kimi çətinlikləriniz olub?

 

- Sənətimi, ailəmi zəhmətimlə qurmuşam. Övladlarımı da tək böyütmüşəm. İstər sənətimdə, istərsə də ailədə qazandığım bütün uğurları öz ağlımla, zəkamla əldə etmişəm. İnsanları bəzən tamah məhv edir. Amma mən çoxlu pul əldə etmək üçün əyri yollara getməmişəm. Pul özü gəlib məni tapıb. Övladlarım balaca olanda gecə toylardan gəlirdim, gələn kimi də onları başıma yığıb, öyüd-nəsihət verirdim. Onların beyninə yeridirdim ki, siz nə prokuror, nə nazir övladısınız. Başa salırdım ki, məktəbdə deməsinlər ki, xalq artistinin övladısınız. Deyirdim ki, hər zaman biləsiniz ki, siz fəhlə övladısınız.

 

 

- Həyat yoldaşınızla boşanandan sonra əlaqənizi kəsdiniz?

 

- Onunla münasibətim hər zaman yaxşı olub. Hətta dünyasını dəyişməmişdən qabaq onu övladlarımın toyuna dəvət elədim. O, da gəldi. Allah ona da rəhmət eləsin, ruhu nurla dolsun. Biz boşansaq da övladlarımla münasibəti hər zaman yaxşı olub. Həyat yoldaşım indi haqq dünyadadır. Heç nə gizlətmək istəmirəm, mən ondan nə aliment aldım, nə də 1 qəpik maddi yardım istəmədim.

 

 

- Övladlarınıza ata ola bildimi?

 

- Yox, o heç övladlarıma atalıq da edə bilmədi. Çox uzaqlarda oldu. Biz boşanan kimi ailə qurdu. Bir sözlə, onun ayrı ailəsi, uşaqları oldu. Ailəmin dağılmasına səbəblər var idi. Ayrılmağı da haqlı olaraq mən istədim. Amma ayrılanda nə olar ki? Ata övladdan uzaq olmamalıdır. Böyük oğlumu qayınanam 7 il rayonda saxladı, övladımı mənə qaytarmaq istəmirdi. Oğlumu məndən almağa cəhd etdi. Onun bu istəyini bilib, dərhal yollandım rayona. Qayınanama dedim ki, sən də anasan, məni öldür, amma övladımı ver. Övladlarımın hərəsinin ayrı-ayrı yerlərdə tərbiyə almasını istəmirəm. Uşaqlarımı özüm böyütmək istəyirəm. Mənim bu sözlərimə və göz yaşlarıma qayınanam acıdı və övladımı özümə qaytardı. Oğlanlarımı özüm böyütdüm. Orta məktəbi əla qiymətlərlə bitirdilər. Daha sonra ali məktəbə daxil oldular. Biri Dövlət İqtisad Universitetini, o birisi isə hüququ bitirdi. Bir sözlə, övladlarıma həm ata, həm ana olmuşam. Ən böyük fəxrim övladlarımın diplomları, qabiliyyətləridir. Onları kimlə tanış edirəm, sonra mənə zəng edib deyirlər ki, Nazpəri xanım, xoşbəxtsiniz ki, Əli, Əkbər kimi övladınız var. Əlidən və Əkbərdən çox razıyam. Hər şeyi mənimlə məsləhətli edirlər.

 

 

- Bəs ailə qurmaq istəyəndə məsləhət aldılarmı?

 

- Ailə qurmaq qərarlarına gələn zaman isə seçimləri onların öz üzərinə buraxdım. Həm də hər ikisindən arxayın idim. Ailə qurduqları xanımları özləri tapıblar. Seçimləri ilə mən də razılaşıb, onlara möhtəşəm toy etdim. Allah mənə qismət elədi ki, onlara ürəyim istəyən kimi toy təşkil etdik. Bu gün də hər ikisinin həyatından məmnunam. Üç nəvəm var, ikisi oğlandır, biri isə qızdır.

 

- Gəlinlərinizlə münasibətiniz necədir?

 

- Çox yaxşıdır, mənə “mama” deyirlər. Hətta nəvələrim də mənə “mama” deyir.

 

- Nənə olan bir çox tanınmışlar nəvələrinin onlara “Nənə” deməsini istəmirlər. Sizdə belə komplekslər yoxdur ki?

 

- Yox, qətiyyən. Mənim elə kaprizlərim yoxdur. Sadəcə, nəvələrim gəlinlərimin, övladlarımın dilindən “mama” eşitdiklərinə görə, mənə “mama” deyirlər. Bu məni heç zaman qıcıqlandırmayıb. Əksinə, xoşdur. Sadəcə bəzi sənət adamlarının “nənə” adından qorxmasının səbəbi odur ki, gözü görənlər yaxşı qəbul edir, görməyənlər isə “nənə” adından öz mənafeləri üçün istifadə edirlər.

 

- Sizinlə bərabər bacınız Zeynəb Dostəliyeva da bu sənətdədir. Amma illər öncə bacınızla aranızda yaşadığınız inciklik mətbuatda çox müzakirə olundu və hələ də həmin qalmaqal yaddaşlarda qalıb. Olmazdımı ki, iki bacı bu incikliyi səhnə arxasında həll edəsiniz?

 

- Bacımla mənim aramda olan incikliyin mətbuatda müzakirə olunması mənə çox təsir etdi. Mətbuatda, televiziyada olan və öz mənafeyini güdən aparıcılar bu qalmaqalı məndən ala bilməzdilər. Ala da bilmədilər. Amma bacım Zeynəb onları tanımadı, inandı. Həmin adamlar bacımdan balaca bir məlumat alırdılar, daha sonra həmin xəbərin ardına isə böhtan, şər qoşurdular. İstəyirdilər ki, Nazpərini vursunlar. Buna görə də Nazpəri-Zeynəb münaqişəsi zamanı heç bir jurnalistə cavab verməmişəm. Bilirsiniz, bacım çox inanan, açıq adamıdır. Hər kəsi özü kimi qəbul edəndir. Mən də ona deyirdim ki, axı sən niyə bu qədər hamıya inanırsan? Bu qalmaqala görə bacımla aramız bir müddət soyudu. Amma Allahın bu gününə çox şükür olsun ki, artıq aramız yaxşıdır. Belə bir deyim var ki, ətlə dırnaq ayrılmaz. Ətlə dırnağın arasına girən, iylənib çıxar. Bu gün mənə elə sözlər deyir ki, kövrəlirəm. Mənə ehtiyacı olduğunu deyir. Övladlarına, özünə görə. Qardaşlarım da mənə ehtiyaclarının olduğunu deyilər. Bacım və qardaşım mənə deyəndə ki, Allah bizim ömrümüzdən kəsib, sənin ömrünə calasın, bu sözləri göz yaşı ilə qarşılayıram. Allah eləməsin. Mən onlara, onlar mənə lazımdır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Türkiyədə Nazirlər Kabinetinin toplantısı başa çatdı

23 Sentyabr 2017 00:55

ABŞ-da ardıcıl iki zəlzələ

23 Sentyabr 2017 00:54

Canlı yayıma sərxoş çıxan deputat aparıcının üstünə... - VİDEO

23 Sentyabr 2017 00:53

Qurban Qurbanov: "Roma" rəqiblərinə 3-4 qol vura-vura gedir"

23 Sentyabr 2017 00:52

Rusiya ordusu Suriyada terrorçu təşkilatlara məxsus 96 min obyekti məhv edib

23 Sentyabr 2017 00:35

Gəlin namizəd erməni ilə... - FOTO/VİDEO

23 Sentyabr 2017 00:28

Ağdaşda canavarlar örüşdə otlayan mal-qaranı parçlayıb

23 Sentyabr 2017 00:27

Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb -

23 Sentyabr 2017 00:27

Bakıda "Mercedes" yandı

23 Sentyabr 2017 00:23

Almaniyada siyasətçilərə müəmmalı məktublar göndərilib

23 Sentyabr 2017 00:16

Astroloji proqnoz - 23 sentyabr

23 Sentyabr 2017 00:13

Azərbaycan neftinin SON QİYMƏTİ -

23 Sentyabr 2017 00:10

Azərbaycana payız gəldi

23 Sentyabr 2017 00:09

Azərbaycana payız fəsli daxil olub

23 Sentyabr 2017 00:02

Məhkəmə Saakaşvilini 130 dollar cərimə etdi

22 Sentyabr 2017 23:59

Vyanada bomba həyəcanı -

22 Sentyabr 2017 23:58

Tovuzda yeni doğulan körpə öldü

22 Sentyabr 2017 23:54

Sprislər, təzyiq aparatları Azərbaycana hansı ölkələrdən idxal edilir?

22 Sentyabr 2017 23:53

XİN rəhbəri: "Azərbaycan Fələstinə münasibətdə artan beynəlxalq dəstəkdən məmnundur"

22 Sentyabr 2017 23:47

Ukrayna istəyinə çatır -

22 Sentyabr 2017 23:39

Şəkidə 40 yaşlı qadını ilan sancdı

22 Sentyabr 2017 23:28

Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı artır

22 Sentyabr 2017 23:21

Avropanın iki ölkəsi arasında sərhəd mübahisəsi yenidən gərginləşdi

22 Sentyabr 2017 23:13

Tovuzda doğuş zamanı körpə ölüb

22 Sentyabr 2017 23:12

Bir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün - FOTOLAR

22 Sentyabr 2017 23:03

Bu ölkənin prezidenti oğlunun öldürülməsi barədə polisə əmr verdi

22 Sentyabr 2017 23:00

Türkiyə İraq Kürdüstanındakı referendumu qeyri-qanuni adlandırdı

22 Sentyabr 2017 22:54

"Qarabağ" "Sumqayıt"a futbol dərsi keçdi

22 Sentyabr 2017 22:53

"Qarabağ" "Sumqayıt"ı peşman etdi - VİDEO

22 Sentyabr 2017 22:47

Ruhani ABŞ-ı hədələdi -

22 Sentyabr 2017 22:44

İlham Əliyev milli komandanın voleybol üzrə Avropa çempionatındakı oyununu izləyib

22 Sentyabr 2017 22:42

Bu tarixi abidəni 300 milyon insan ziyarət edib

22 Sentyabr 2017 22:38

Elmar Məmmədyarov: "Ermənistan rəhbərliyinin müharibə ritorikası münaqişənin tənzimlənməsi üzrə konstruktiv yanaşmaya niyyətli olmadığını göstərir"

22 Sentyabr 2017 22:32

Film qəhrəmanına bənzəmək üçün 200 əməliyyat keçirdi - SON HALI ŞOKA SALIR - FOTOLAR

22 Sentyabr 2017 22:28

Ankarada referendumla bağlı hansı qərarlar qəbul edildi? -

22 Sentyabr 2017 22:25

Trampla Ərdoğan razılığa gəlib -

22 Sentyabr 2017 22:15

Ağcabədidə ev əşyaları ilə birgə yandı

22 Sentyabr 2017 22:09

Hindistan Pakistana hücum etdi -

22 Sentyabr 2017 22:00

Abşeronda qonşular arasında - Qanlı dava

22 Sentyabr 2017 21:58

Premyer Liqa: "Qarabağ" "Sumqayıt"ı darmadağın edib

22 Sentyabr 2017 21:57

Samir Abasov: "Səhvlərinə görə cavab verəcək"

22 Sentyabr 2017 21:47

Məşhur modelin sinəsi gündəm oldu - FOTOLAR

22 Sentyabr 2017 21:43

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb

22 Sentyabr 2017 21:37

Qurban Qurbanov: "Bu gecə Romaya uçuram"

22 Sentyabr 2017 21:37

Donald Tramp -

22 Sentyabr 2017 21:35

Mey Avropa İttifaqından çıxışın tarixini açıqladı

22 Sentyabr 2017 21:28

Famil Ağayev: "Macarıstanın gücünü birinci setdə gördük"

22 Sentyabr 2017 21:22

Türkiyə sahillərində gəmi batdı -

22 Sentyabr 2017 21:15

40 yaşlı qadını ilan sancdı - Şəkidə

22 Sentyabr 2017 21:14

MTŞ-nın toplantısı başa çatdı -

22 Sentyabr 2017 21:14