Almaniyada müalicə alan jurnalist Nuran Hüseynov "Facebook" istifadəçilərinə müraciət edib.

Doğum günü münasibəti ilə dostları və həmkarlarından doğum günü təbrikləri alan Hacı Nuran "Facebook" səhifəsində onu təbrik edənlərə təşəkkür edib.

Milli.Az İnterAz-a istinadən xəbər verir ki, jurnalist yazıb: "Əziz və sevimli dostlarım, hər il olduğu kimi bu il də mənim ad günümə (31.01.2016) bir neçə gün qalmış artıq saysız-hesabsız video təbriklərinizi və smslərinizi almağa başlamışam. Hər birinizə sonsuz təşəkkürümü bildirirəm. Çox sağ olun. Allah sizi var etsin. Qeyd edim ki, siz yenə öz video təbriklərinizi ya bura, ya da ki whatsapp vasitəsi ilə mənim Almaniyadakı +49 15 77 5 69 63 63 telefon nömrəmə göndərə bilərsiniz. Sağlıq olsun, inşallah, sizdən xatirə kimi qalsın deyə onları yenə bir qısa film şəklində yığıb sizə təqdim edəcəm.

Dərin hörmətlə, sizin Hacı Nuran".

Jurnalist ötənilki doğum günü təbriklərindən ibarət videonu təqdim edib.

Teleaparıcı Hacı Nuran xərçəng xəstəliyindən əziyyət çəkir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Hacı Nurandan Facebook istifadəçilərinə müraciət - VİDEOHacı Nurandan