Topaz Premyer Liqasında qış fasiləsi başa çatır. Fanat.az xəbər verir ki, bu gün III dövrəyə start veriləcək. XIX turun ilk oyun günündə iki matç baş tutacaq.

2016-cı ilin ilk oyununda "Kəpəz" "Qəbələ"ni qəbul edəcək. Saat 14.00-da başlayacaq matçı Fariz Yusifov idarə edəcək. Komandalar arasında cari mövsümün ilk oyununda "Qəbələ" (1:0), ikinci matçında "Qəbələ" (2:1) qələbə qazanıb.

Günün ikinci oyununda "Neftçi" "Sumqayıt"ı sınağa çəkəcək. Saat 16.30-da startı veriləcək matçda ədaləti Əliyar Ağayev qoruyacaq. "Neftçi" bu mövsüm "Sumqayıt" iki oyunda eyni hesabla yenib - 2:1.

Qeyd edək ki, XIX turun qalan 3 oyunu sabah baş tutacaq.

Premyer Liqa
2015/16 mövsümü
III dövrə, XIX tur

30 yanvar
Kəpəz - Qəbələ
Kəpəz: 88. Tadas Simaitis, 3. Tərlan Quliyev, 5. Kərim Diniyev, 7. Junionyo, 8. Budaq Nəsirov, 9. Namiq Ələsgərov, 13. Şəhriyar Rəhimov, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 80. Tural Rzayev, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 4. Elvin Cəbrayıllı, 6. Ceyhun Cavadov, 15. Azad Kərimov, 21. Xəzər Qəribov, 27. Bəxtiyar Soltanov, 99. Əli Səmədov.
Baş məşqçi: Şahin Diniyev.
Qəbələ: 1. Andrey Popoviç, 3. Voyislav Stankoviç, 6. Rəşad Sadiqov, 7. Ermin Zets, 8. Məhəmməd Mirzəbəyov, 9. Sergey Zenyov,
10. Dodo (k), 18. Vadim Abdullayev, 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 22. Dmitri Bezatosnı, 15. Vitali Vernidub, 20. Rikardinyo, 25. Qismət Alıyev, 32. Rəşad Eyubov, 34. Urfan Abbasov, 69. Aleksey Antonov.
Baş məşqçi: Roman Qriqorçuk.
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Nahid Əliyev, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Gəncə şəhər stadionu. Saat 14.00.

Neftçi - Sumqayıt
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Şahin Cəfərov.
“Bakcell Arena”. Saat 16.30.

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

18

11

5

2

28-12

38

2

İnter

18

8

6

4

18-12

30

3

Zirə

18

7

8

3

16-13

29

4

Qəbələ

18

7

7

4

24-13

28

5

Kəpəz

18

6

8

4

19-17

26

6

Neftçi

18

6

6

6

19-18

24

7

AZAL

18

6

4

8

11-17

22

8

Sumqayıt

18

3

9

6

23-28

18

9

Xəzər Lənkəran

18

3

3

12

10-24

12

10

Rəvan

18

2

6

10

12-26

6

Bombardirlər

Riçard Almeyda (Qarabağ) - 7. Ruslan Qurbanov (Neftçi), Amil Yunanov (Sumqayıt), Aleksey Antonov (Qəbələ) - 6. Dieqo Martines (İnter) - 5.


Fanat.az