FIFA-nın büdcəsindən təxminən 1 milyon dollara yaxın vəsait oğurlanıb.

ANS PRESS-in məlumatına görə, Qvatemala federasiyasının büdcəsindən ayrılan pul yoxa çıxıb. Bu barədə "Reuters" məlumat yayıb.

Belə ki, FIFA-nın daxili auditinin nəticələrinə əsasən, 2015-ci ilin fevral ayında Qvatemaladan ali futbol qurumununun hesabına 1,1 milyon dollar köçürülüb.

Lakin FIFA-nın illik büdcəsində Qvatemaladan daxil olan vəsaitin yalnız 250 mini qeyd olunub.

Beynəlxalq qurumdan 1 milyon dollar yoxa çıxıb (FOTO)
Blatter və Platini

Ötən il FİFA futbol dünyasını sarsıdan qərar verib. Belə ki, adı rüşvət qalmaqalında hallanan UEFA prezidenti Mişel Platini və ona qanunsuz şəkildə 2 milyon İsveçrə frankı verməkdə ittiham olunan FİFA rəhbəri Yozef Blatter 8 il müddətinə futboldan kənarlaşdırılıb.

FİFA-da korrupsiya ilə bağlı qalmaqal ötən ilin yazından, bir neçə məmurun həbs olunmasından sonra baş qaldırıb.