A+
A–

Bakı, 1 fevral, AZƏRTAC
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 illiyi ilə əlaqədar Dövlət Uşaq Filarmoniyasının uşaq-gənclər xalq çalğı alətləri orkestrinin konserti olub.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, kollektivin bədii rəhbəri və baş dirijoru Xalq Artisti Ağaverdi Paşayevdir.
Konsertdə Üzeyir Hacıbəylinin “Cəngi”, Fikrət Əmirovun “Oxatanların rəqsi”, Vasif Adıgözəlovun “Qərənfil”, Tofiq Quliyevin “Bakı haqqında mahnı” və digər görkəmli bəstəkarların əsərləri səsləndirilib.
Dövlət Uşaq Filarmoniyası xalq çalğı alətləri orkestrinin konserti olub