A–
Bakı, 2 fevral, Flora Şükürova, AZƏRTAC
Fevralın 2-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Gəncliyin səsi" festivalı çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrindən ibarət simfonik orkestrin, "Simfoniette Orkestri"nin və gənc Prezident təqaüdçülərinin konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin əsərlərindən ibarət sərgi ilə tanış olublar.
2 fevral-Gənclər Gününə həsr edilmiş konsertdə dirijor Cavad Tağızadənin müşayiəti ilə tələbələrin bir-birindən gözəl ifaları səsləndirilib.