Fevralın 29-da Heydər Əliyev Sarayında xalq şairi Cabir Novruzun sözlərinə bəstələnmiş mahnılardan ibarət konsert proqramı keçiriləcək.

Axşam.az-ın məlumatına görə, "Vətəndən pay olmayır" adlı tədbirdə xalq artistləri Ağadadaş Ağayev, Gülyanaq Məmmədova, Mübariz Tağıyev, Heydər Anatollu, əməkdar artistlər İlqar Muradov, Aygün Bəylər, Mətanət İsgəndərli, Azad Şükürov (bədii qiraət), müğənnilər Samir Piriyev, Şəhla Həmidova, Nicat Cəfərzadə, Vüsalə Əsgərova, Rövşən Əziz və başqaları iştirak edəcəklər.

Müğənniləri səhnədə Tariyel Abbasovun rəhbərliyi ilə "Dan Ulduzu" instrumental ansamblı və Asif Kərimovun rəhbərliyi ilə "Xaqan" instrumental ansamblı müşayiət edəcək.

Saat 19:00-da başlayacaq konsertin biletləri 10-50 manatdır.