Müslüm Maqomayev adına Dövlət filarmoniyasının artisti İlham Nəzərov bu yaxınlarda Başqırdıstan respublikasının paytaxtı Ufa şəhərində Başqırdıstan Respublikasının xalq artisti Svetlana Arqinbayevanın solo konsertində iştirak etmişdir.
Azərbaycan Dövlət Filarmoniyasının mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, konsertdə bir çox dövlətlərin opera ulduzları çıxış etmişdir, Rusiya, Qırğızızstan, Qazaxıstan, Ukrayna, Moldova və s.
Respublikanın ilk və yeganə kontrenor səs tembrinə malik opera ifaçımız İlham Nəzərov konsertdəki çıxışı ilə Ufa şəhər Opera və Balet teatrının tamaşaçılarının rəğbətini qazana bilmiş, ifasından sonra üç dəfə alqışlarla səhnəyə dəvət almışdır.
Azərbaycan xalq mahnısı "Sarı gəlin" Nəzərovun özünəməxsus ifası ilə bütün konsertin ən gözəl musiqi nömrəsi olmuşdur.
Milli.Az



