Azərbaycanın xalq artisti Aygün Kazımova həmkarı İlhamə Quliyevaya qarşı ağır ittihamlar səsləndirib.

ANS PRESS-in məlumatına görə, xalq artisti “İnstaqram” səhifəsində sərt ifadələr yazaraq Mehriban Hüseynovaya dəstək olub. İfaçının sözlərinə görə, İlhamə Quliyeva əvvəl ona şər-böhtan atmaq istəyib:

"Allah hər kəsi İlhamə Quliyevanın şər-böhtanından qorusun. Məni də dəfələrlə şərləməyə çalışıb, amma alınmayıb. Mehriban xanım darıxmayın, möhkəm olun! Allah böyükdür. Haqq öz yolunu tapacaq. İlhamə Quliyevanı tanıyan, tanıyır".

Aygün Kazımovanın ittihamlarına İlhamə Quliyeva da cavab verib: Primadonna ANS PRESS-ə bildirib ki, A.Kazımova bu ittihamları irəli sürməkdə əcəb edib: "Yəqin ki, o, məndən inciyib".

Aygün Kazımova: "İlhamə Quliyeva məni də şərləməyə çalışıb" (FOTO)
Aygün Kazımova: "İlhamə Quliyeva məni də şərləməyə çalışıb" (FOTO)
Aygün Kazımovanın "İnstaqram" səhifəsi

"Yeni Musavat" qəzeti Bakı İstintaq Təcridxanasında saxlanılan Mehriban Bəylər qızı Hüseynovanın məktubunu dərc edib. Həmin məktubda o, şəxsiyyət əleyhinə yönələn, işgəncə, alçaltma elementləri ilə zəngin səhnələrdən söhbət açıb.

Aygün Kazımova: "İlhamə Quliyeva məni də şərləməyə çalışıb" (FOTO)
Mehriban Bəylər qızı Hüseynova

İlhamə Quliyeva isə Mehriban Hüseynovanın ittihamlarını yalanlayıb: “O məktubdan xəbərim yoxdur. Məktubu oxumamışam, oxumaq da istəmirəm. Mənim heç vecimə də deyil. Həbsxanada oturan adamın işi şər-böhtan atmaqdır. Mən bunların hamısına reaksiya vermirəm. Çünki mənim işim çox mötəbər bir prokurorluqda gedir. Onun mənə qarşı olan şərlərinə, yalanlarına və böhtanlarına cəza veriləcək. Onun işinin üstünə iş kəsiləcək”.

Həmçinin oxuyun: İlhamə Quliyeva "dəhşət dolu ittihamlar"dan danışdı (FOTO)