Somalinin paytaxtı Moqadişo aeroportunda havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəza enişi edən A321 təyyarəsinin içində Türkiyə vətandaşları da olub.

ANS PRESS-in məlumatına görə, Dubayın "Daallo Hava yolları"na məxsus təyyarədə partlayış olub.

Səbəbi bəlli olmayan partlayış nəticəsində bir nəfər həlak olub, daha iki nəfər isə yaralanıb. İlkin məlumatlara görə, partlayışın terror aktı olduğu bildirilir. Partlayış nəticəsində laynerin üstündə deşik əmələ gəlib. Somalidən Cibutiyə uçan D3159 bort nömrəli təyyarədə uçuşdan beş dəqiqə sonra partlayış olub.

Partlayışın təsirindən təyyarə pəncərələrindən biri parçalanıb və laynerin içində yanğın başlayıb. Bəzi mənbələr isə partlamanın təyyarə qalxmadan əvvəl reallaşdığını qeyd edib.

Partlayan təyyarədə türklər olub (FOTO)

Təyyarədə 60 sərnişin və ekipaj üzvü olub. Bunların içində 10 nəfər Türkiyə vətəndaşı olub. Türk şərnişinlərdən Mehmet Gümüşdağ təyyarənin Moqadişu hava limanından qalxdıqdan bir müddət sonra partlayış səsi eşitdiklərini və yanıq iyi gəldiyini bildirib.

M.Gümüşdağ sərnişinlərin panikaya düşməməsi üçün bir neçə dəfə anons edildiyini və təyyarənin müvəffəqiyyətli Moqadişu hava limanına enməsindən sonra evakuasiya olunduqlarını qeyd edib.

M.Gümüşdağ təyyarədə olan digər türk vətandaşlarının sağlamlıqlarının qaydasında olduğunu və qəza zamanı onların xəsarət almadığıni vurğulayıb.

Partlayan təyyarədə türklər olub (FOTO)

Qeyd edək ki, keçən il oktybarın 31-də Rusiyaya məxsus Airbus A320 təyyarəsinin Şarm-əl-Şeyx - Sankt-Peterburq reysini həyata keçirərkən Misirin Sinay yarımadasında baş verib. Təyyarədə baş verən partlayış nəticəsində laynerdə olan 224 sərnişinin hamısı həyatını itirib. Ölənlər arasında 29-nun uşaq olduğu bildirilir. Bu hadisə Rusiyavə sovet aviasiyası tarixində ən böyük qəza sayılır. Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, qəzanın səbəbi terror aktı olub. Hücum üçün məsuliyyət İŞİD terror qruplaşması öz üzərinə götürüb.



Hadisə baş verən ərazi xəritədə