A–
Bakı, 4 fevral, AZƏRTAC
Fevralın 5-də Müslüm Maqomayeva adına Azərbaycan Dövlət Filarmoniyasında dahi Azərbaycan bəstəkarı, görkəmli alim, pedaqoq, ictimai xadim, SSRİ Xalq Artisti Qara Qarayevin anadan olmasının 98 illiyinə həsr edilən tədbir keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, gecədə Qara Qarayev, Fərəc Qarayev və Dmitri Şostakoviçin əsərləri səslənəcək. Əsərləri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, gənc skripkaçı Elvin Qəniyev ifa edəcək.