Somalinin paytaxtı Moqadişo aeroportunda havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəza enişi edən A321 təyyarəsinə bomba qoyulmasını rəsmən təsdiq edib.

ANS PRESS-in məlumatına görə, Somali hakimiyyəti Airbus 321-in içində bombanın partlayışı nəticəsində deşik yarandığını təsdiqləyib.

Hazırda A321 təyyarəsinin içində baş verən partlayışla bağlı araşdırmalar aparılır. Polis təyyarədə terror aktının olduğunu inkar etmir. Somalinin mülki aviasiyasıya xidmətinin başçısı Abdivahid Ömər ölən səxsin cəsədinin tapıldığını bildirib. Cəsəd hadisənin baş verdiyi Moqadişodan 30 kilometr kənarda aşkar edilib.

Partlayışın zərbəsi həmin şəxsi təyyarədən aşağı atıb. Somalidən Cibutiyə uçan D3159 bort nömrəli təyyarə uçuşdan beş dəqiqə sonra partlayış səbəbindən geri qayıtmalı olub.

Moqadişo aeroportunun aviasiya mütəxəssislərinin məlumatına görə, partlayış təyyarə 12 - 14 min fut hündürlükdə olduğu zaman baş verib. Partlayış nəticəsində laynerin füzelyajında təyyarənin qapısı ölçüsündə deşik yaranıb. Sərnişinlərə oksigen maskalarından istifadə etmək lazım olub.

Havada partlayan təyyarədə bombanın olduğu təsdiqləndi (VİDEO, FOTO)

Qəza zamanı təyyarədə 60 sərnişin və ekipaj üzvü olub. Bunların içində 10 nəfər Türkiyə vətəndaşı olub. Türk şərnişinlərdən Mehmet Gümüşdağ təyyarənin Moqadişu hava limanından qalxdıqdan bir müddət sonra partlayış səsi eşitdiklərini və yanıq iyi gəldiyini bildirib.

Havada partlayan təyyarədə bombanın olduğu təsdiqləndi (VİDEO, FOTO)

Səbəbi bəlli olmayan partlayış nəticəsində bir nəfər həlak olub, daha iki nəfər isə yaralanıb. İlkin məlumatlara görə, partlayışın terror aktı olduğu bildirilir. Partlayış nəticəsində laynerin üstündə deşik əmələ gəlib.



M.Gümüşdağ sərnişinlərin panikaya düşməməsi üçün bir neçə dəfə anons edildiyini və təyyarənin müvəffəqiyyətli Moqadişu hava limanına enməsindən sonra evakuasiya olunduqlarını qeyd edib. M.Gümüşdağ təyyarədə olan digər türk vətandaşlarının sağlamlıqlarının qaydasında olduğunu və qəza zamanı onların xəsarət almadığıni vurğulayıb.

Havada partlayan təyyarədə bombanın olduğu təsdiqləndi (VİDEO, FOTO)

Qeyd edək ki, keçən il oktybarın 31-də Rusiyaya məxsus Airbus A320 təyyarəsinin Şarm-əl-Şeyx - Sankt-Peterburq reysini həyata keçirərkən Misirin Sinay yarımadasında baş verib. Təyyarədə baş verən partlayış nəticəsində laynerdə olan 224 sərnişinin hamısı həyatını itirib. Ölənlər arasında 29-nun uşaq olduğu bildirilir. Bu hadisə Rusiyavə sovet aviasiyası tarixində ən böyük qəza sayılır. Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, qəzanın səbəbi terror aktı olub. Hücum üçün məsuliyyət İŞİD terror qruplaşması öz üzərinə götürüb.


Hadisə baş verən ərazi xəritədə