Xalq artisti Zülfiyyə Xanbabayeva konsert verməməyinin səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, müğənni “Star life”da efirlərə az çıxmasından da danışıb:

“Son vaxtlar albom satışları yaxşı getmir. Bütün dünyada belədir. Kliplərə önəm verilmir. Mahnıları internet vasitəsilə dinləyirlər. 25 ildir sənətdəyəm. Heç vaxt efirlərə tez-tez çıxmamışam. Belə etsəm, tamaşaçılar üzümə baxmazlar. Az görünəndə isə yaxşı qarşılayırlar. Bu da mənim siyasətimdir. Konsertə gəldikdə isə... Bu haqda düşünmürəm. İstədiyim konserti öz gücümə keçirə bilmərəm. Sponsor lazımdır. Bu gün keçirilən konsertlərdən onunu bir ayda verərəm. Mən fərqli nəsə etmək istəyirəm. Heç vaxt sponsordan korluq çəkməmişəm. Elə güclü konsertlər etmişəm ki, gərək yenisi onlardan daha üstün ola. İndi sponsorların adı o qədər pis yerə yozulur ki, onlar da qorxularından geri çəkiliblər".

Z.Xanbabayeva duet oxumaq baxımından simic olduğunu söyləyib:

“Duet oxumaq barədə çox simicəm. Alim Qasımov, Fidan və Xuraman Qasımova bacıları kimi məşhurlarla duetlərim olub. Miri Yusiflə işbirliyimiz o qədər uğurlu alındı ki... Brilliant Dadaşova ilə duetimiz olacaq. Hələ ki, mahnı haqqında düşünürük”.

Milli.Az