ANS PRESS-in məlumatına görə, teleaparıcı Bakını dünya miqyaslı turnir təşkil etmək üçün böyük meydan olduğunu deyib.
"Şəhərin beynəlxalq turnirlər keçirməkdə üçün böyük təcrübəsi var. Bakı - böyük beynəlxalq hadisələr təşkil etmək üçün əla yerdir. Məsələn bir neçə il əvvəl Avroviziya müsabiqəsi keçirilib. Ötən il isə paytaxtda Avropa oyunları olub. Avropa oyunlarının açılış mərasimində Ledi Qaqanın oxuması möhtəşəm idi. Tədbirdə hər şey çox gözəl idi. Mən bizim Bədii gimnastikanın qızları ilə söhbət edən zaman onların Avropa oyunlarındakı medal qazanmaqlarının fəxr etdiklərini gördüm. Onlar üçün bu turnir çox mühüm sayılır".
Anna Çurnikova - teleaparıcı
Anna Çürikova bildirib ki, bakılıların xüsusi tərzləri olur.
"Mən bu yaxınlarda orada bir neçə dəfə olmuşam. Bakını ancaq Müslüm Maqomayev haqqında veriliş hazırlayan zamanı xronikal kadr ilə görmüşəm. Bakı ildən-ilə çox dəyişir. Sovet Birliyinin uşağı olduğum üçün mənim üçün vacibdir ki, hamımız bir yerdə olaq. Mənim üçün münasibət ilk növbədədir. Əlbəttə, bakılı – bu təyinatdır. Bakılı dostlarım çoxdur özü də onlar müxtəlif etnik mənşəlidirlər. Onun üçündə bizim aramızda heç bir konflikt yaranmır, biz həmişə mədəniyyətlərin dialoqu tərəfindəyiq"

Aparıcı qeyd edib ki, Tələbə və Gənclərin Beynəlxalq festivalında Azərbaycan gəncləri də iştirak edəcəklər.

Andrey Malaxov - teleaparıcı
Əlavə edək ki, Rusiyanın daha bir məşhur aparacısı olan Andrey Malaxov bir müddət əvvəl Bakı haqqında danışıb.
“İki il əvvəl Bakıya ezamiyyətə getmişdim. Şəhərin necə fantastik dərəcədə dəyişdiyinin şahidi oldum. Bütün bunlar qısa zamanda olmuşdu. Bakı qısa vaxtda olduqca müasir, gözəl, fərqli bir şəhərə çevrilmişdi. Əvvəlki illə müqayisədə yaxşı mənada tanınmaz hala gəlmişdi. Mən Bakıya gəlirəm, Günəş, ağ mərmər, gözəl işıqlandırılmış küçələr, təmizlik və sairə... Sonra geriyə, Moskvaya uçuram. Və tıxaclar, qar, çirk, kir-pas və əsəbi insanlar... Hətta xatırlayıram ki, maşında ağlamışdım”.