Azərbaycanın görkəmli yazıçılarından biri, tənqidçi və publisist, incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycanın və Sovet İttifaqının dövlət xadimi Gülrux Əlibəyli dünyasını dəyişib.
Axşam.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə mərhumənin qızı, tanınmış politoloq Leyla Əliyeva Facebook-da yazıb. Gülrux Əlibəyli müəllim ailəsində dünyaya gəlib. O, Leninqrad Universitetini və Moskvada Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasını bitirib. Müdafiə etdikdən sonra Bakıya qayıdıb və Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda çalışmağa başlayıb.
Gülrux Əlibəyli 1964-1965-ci illərdə mədəniyyət nazirinin müavini olub və nazirin səlahiyyətlərini icra edib. O, nazirlikdə işlədiyi dövrdə milli mədəniyyətimizin inkişafına töhfələr verib, sənətə yeni başlayan Müslüm Maqomayev və bir çox başqalarına dəstək olub, yaradıcılıq sahəsində çalışanların maaşlarının artırılmasına nail olub.
1971-ci ildən 1984-cü ilədək Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim, daha sonra isə fəlsəfə kafedrasının professoru olub.
Gülrux Əlibəylinin ilk ədəbi məqaləsi 1958-ci ildə Moskvda “Ədəbiyyat Məsələləri” jurnalında dərc edilib. O, ədəbiyyat nəzəriyyəsi, eləcə də, kino incəsənəti, teatr, təsviri incəsənət sahəsində çoxsaylı məqalələrin müəllifidir.
Gülrux xanım xeyli sayda beynəlxalq konfransların, o cümlədən, Beynəlxalq Pen Klubun toplantısının iştirakçısı olub. Gülrux Əlibəyli “Axtarışlar, tapıntılar”, “Daim yolda”, “Düşünən dünyamız”, “ Cırpınan Dünyamız”, “ Dəyiş Dünyamız”, “ Dağılan Dünyamız” kimi 20 kitabın müəllifidir.
Qeyd edək ki, bir müddət əvvəl Gülrux Əlibəylinin anadan olmasının 88-ci ildönümü qeyd edilmişdi. Allah rəhmət eləsin!
Gülrux Əlibəyli vəfat etdi
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
24 saatlıq reklam paylaşımından 700 min qazanır
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
“Qalatasaray” rəqibini 22 qolla darmadağın etdi
Bu gün
·
01:33
Oktyabrın son günləri bu bürclər üçün düşərli olacaq
Bu gün
·
01:15
Bakıda ilk kazino bu tarixdə açılacaq
Bu gün
·
00:59
Makron etirazlara görə 70 min polisi səfərbər etdi
Bu gün
·
00:40
Hərbi xidmətə çağırılanların nəzərinə - 100 manat cərimə var
Bu gün
·
00:31
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim etdi
Bu gün
·
00:27
Gölün dibinə 140 ağac əkdilər, 11 il sonra gözlənilməz nəticə oldu
Dünən
·
23:42
Qara dənizdə vurulan gəmidən xilas edilən azərbaycanlıların FOTOSU
Dünən
·
23:18
PSJ və “Barselona” “Qalatasaray”ın ulduzunu istəyir
Dünən
·
23:14
Milyon dollarlıq təyyarələr səhralarda çürüyür
Dünən
·
23:09
Zülal ehtiyacını ödəmək üçün insanlara böcək yedizdirə bilərlər
Dünən
·
22:48
Münasibətlər bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək - MHP sədri
Dünən
·
22:34
Rusiya və Ukrayna arasında əldə edilən atəşkəsin detalları
Dünən
·
22:02
Azərbaycan çempionatlarında 15000-ci qol vuruldu - VİDEO
Dünən
·
21:52
15 ton acı pul bibəri bu səbəbə görə torpağa tökdülər
Dünən
·
21:49