A+
A–

Bakı, 22 fevral, AZƏRTAC
Aprelin 2-3-də SSRİ Xalq Artisti, professor Tamara Sinyavskaya Moskvadakı V.İ.Muradeli adına musiqi məktəbində ustad dərsləri keçəcək. Dərslər Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondunun dəstəyi ilə baş tutacaq.
AZƏRTAC Fondun saytına istinadla xəbər verir ki, ustad dərslərində ali musiqi məktəblərinin vokal bölmələrinin tələbələri və musiqi teatrının gənc artistləri iştirak edə bilərlər. Onlar bu barədə Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondunun elektron poçtuna fund@m-magomaev.ru ərizə ilə müraciət etməli və videoyazı (2-3 əsər) göndərməlidirlər.
Ərizələr fəal iştirak üçün (yerlər məhduddur) martın 25-dək, passiv iştirak üçün aprelin 1-dək qəbul edilir.
AZERTAG.AZ :Professor Tamara Sinyavskaya ustad dərsləri keçəcək