25 fevral, 2016 - Azərbaycanın xalq artisti İlhamə Quliyeva vəfat etdi.

İlhamə Quliyeva dünyasını dəyişib. Bu barədə məlumatı "Sputnik"-in hadisə yerində olan müxbiri də təsdiqləyib.

Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasından "Sputnik"-ə bildiriblər ki, onlara bu barədə çağırış 2 saat əvvəl daxil olub və onun vəfatı təsdiqlənib. Yaxın dəqiqələrdə İlhamə Quliyevanın ölümünün səbəbləri açıqlanacaq.

"Sputnik" əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, xalq artistinin yaxınları onun İ.Qutqaşınlı küçəsindəki evinə axışmağa başlayıblar.

Qeyd edək ki, İlhamə Quliyeva son vaxtlar müxtəlif xəstəliklərdən əziyyət çəkirdi. Ən son olaraq adı köməkçisinə qarşı qeyri-qanuni hərəkətlərə yol verməkdə və məhkəmə qalmaqallarında hallanırdı. O, özü isə səhhətində yaranmış problemlərə görə keçmiş köməkçisi Mehriban Hüseynovanı günahlandırırdı.