Nepalda ötən gün qəzaya uğrayan təyyarədəki bütün sərnişinlərin cəsədi tapılıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, bu barədə Məqdi rayon polis rəisi Rac Xadka bildirib.

"Nə qədər ki, bəzi insanların cəsədləri tapılmamışdı, onda ümid var idi ki, onlar sağdır. Amma daha sonra bütün cəsədlər aşkar olundu. Bütün yerli sakinlərin, eləcə də iki əcnəbi vətəndaşın, Çin və Küveytdən olanların cəsədləri Katmandu şəhərinə aparılacaq", - deyə Xadka söyləyib.

Rəis onu da əlavə edib ki, qəzaya səbəb təyyarənin qalın dumanda qaya ilə toqquşması olub, çünki təyyarənin dağıntıları üzərində ucalan qayanın zərbə izləri aydın görünür. İstintaq ehtimal edir ki, bu zərbənin nəticəsində təyyarə partlayıb yerində bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.

Ötən gün Nepal Hava Yollarına məxsus təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində 20 sərnişin, 3 nəfər ekipaj üzvü həlak olub. "Tara Airlines" şirkətinə məxsus təyyarə Pokhara-Comsom reysi zamanı Nepal dağlarında qəzaya uğrayıb. Dispetçerlər pilot ilə əlaqəni təyyarə havaya qalxdıqdan 10 dəqiqə sonra itiriblər.

Ötən ilin noyabrında qatı duman səbəbindən Qırğızıstanın cənubunda yerləşən Oş şəhərində "Boeing-737" təyyarəsi qəza enişi edib. Bu hadisə 6 nəfərin yaralanmasına səbəb olub.

Milli.Az

Təyyarə qəzasında həlak olan 23 nəfərin meyiti tapıldı - FOTO
Təyyarə qəzasında həlak olan 23 nəfərin meyiti tapıldı - FOTO
Təyyarə qəzasında həlak olan 23 nəfərin meyiti tapıldı - FOTO
Təyyarə qəzasında həlak olan 23 nəfərin meyiti tapıldı - FOTO