O, ilk dəfə İcraiyyə Komitəsində yer almaq üçün mübarizə aparacaq.
Əvvəlki üzvlərdən isə ən azı 2-si yeni tərkibdə yer almayacaq. "İnter"in fəxri prezidenti Cahangir Hacıyev hazırda həbsdədir, Hafiz Məmmədovun prezidenti olduğu "Bakı" klubu isə I Divizionda çıxış edir.
Ümumiyyətlə, İcraiyyə Komitəsinə 10 üzv 13 namizəd arasından seçiləcək. Yalnız Peşəkar Futbol Liqasına ayrılan 4 yerə 5 nəfərin namizədliyi irəli sürülüb. Onlardan "Qarabağ" tərəfindən irəli sürülmüş baş məşqçi Qurban Qurbanovla "Xəzər Lənkəran" tərəfindən irəli sürülmüş vitse-prezident Tuyqun Nadirov yenidir. Qurbanovla Nadirovu Rauf Əliyev (AZAL), Vaqif Sadıqov ("Sumqayıt") və Elşad Nəsirov ("Neftçi") ilə rəqabət gözləyir.
Regional Futbol Federasiyaları İctimai Birliyinə ayrılmış 2 yer veteran futbolçular Kazbek Tuayevlə (RFF) İsgəndər Cavadovun (Şimal Regional Futbol Federasiyası) namizədliyini irəli sürüb.
Sahə Futbol Federasiyaları 2 yerini Mahir Məmmədov (Azərbaycan Futzal Federasiyası) və Mirkamil Rəhimova (Uşaq və Gənclər Futbol Federasiyası) verib.
İctimai Futbol Təşkilatlarının 2 yeri isə Elmar Məmmədyarov (Ümumazərbaycan Futbolsevərlərinin İctimai Birliyi) və Firudin Qurbanova (Futbol Hakimləri İctimai Birliyi) verilib.