A–
Bakı, 26 fevral, AZƏRTAC
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı soyqırımı törədiblər. Faciə nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib.
AZƏRTAC xəbər verir ki, fevralın 26-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş konserti olub. Orkestrin bədii rəhbəri və baş dirijoru Ağaverdi Paşayevdir.
AZERTAG.AZ :Filarmoniyada Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş konsert olub