Xalq artisti Ağadadaş Ağayev prodüserindən gileylənib.

Axşam.az-ın məlumatına görə, müğənni “Günaydın”da prodüserin vəzifələrindən danışıb:

“Prodüser müğənnidən elə faydalanmalıdır ki, onun başqa yerdə gözü olmasın. Mənim prodüserim Əzizağa, görünür, məndən yaxşı istifadə edə bilmir deyə özünə dükan açıb, arada mənim işlərimlə də məşğul olur. Məsələn, mən bu gün bura orkestrimlə gəlməli, canlı oxumalıydım. Bunu da o təşkil etməliydi. Prodüser peşəkar yanaşma tərzi ortaya qoyaraq müğənninin oxumağından tutmuş, onun geyimi, davranışınadək hər bir amilə fikir verməlidir”.

Xalq artisti illər əvvəl onun yoluna çıxan maneələrin hələ də mövcud olduğunu deyib:

“Mənə indi də maneələr törədilir. Bu sənətdə bir insan həyatına sığmayacaq dərəcədə pisliklər görmüşəm. Arxamca nələr edilib. Ancaq susmaq həmin adamlara ən gözəl cavabdır. Şəxsiyyətimə xələl gətirən hal olarsa, bunu sivil yolla həll edirəm”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi hər gün, saat 14:20-də “Space” kanalında yayımlanır.