Xalq artisti Nazpəri Dostəliyevanın keçmiş prodüseri Mikayıl Hüseynov müğənninin bugünkü fotosessiyasının müəllifi olduğunu iddia edib.

Axşam.az-ın məlumatına görə, xalq artisti keçmiş prodüserinin iddiasına belə cavab verib:

“Mənim yeni fotosessiyam bəzi üzdəniraqları yaman sarsıdıb. Gör hələ qarşıdakı layihələrimi eşidib nə hala düşəcəklıər. Görünür, bu uşaqlar hələ də mənim adımla reklam olunmaq istəyirlər. Mən bu gün çox təcrübəli komandayla işləyirəm. Mənim işçilərimin reklama ehtiyacı yoxdur. Yaxşı işçinin reklamı gördüyü işi olmalıdır. Biz belə yalanlara, böhtanlara hazırıq. Arxadan atılan daş topuğa dəyər. İt hürər, karvan keçər məsəli də hamıya bəllidir. Nazpəri xanıma çoxlarının borcu var, amma onun yox.

Mənim heç vaxt prodüserim olmayıb. Dünənki uşaq deyiləm ki, prodüserim olsun. Hər işimə özüm qərar verirəm. Çox gülməli xəbərlər eşidirəm. Böyük insanların ayağına hər zaman çör-çöp dolaşır”.