Xalq artisti Ağadadaş Ağayev qız nəvəsinə Leyla adını verib.
Milli.Az big.az-a istinadən xəbər verir ki, bu barədə xalq artisti bunu "Hər şey daxil" verilişində deyib. A.Ağayev bildirib ki, seçimləri ancaq Leyla adı ola bilərdi:
"Nəslimdə nə qədər qız övladı olsa, nə qədər qız varsa, hamısının adını Leyla qoyacağam. Bu nəvəmin də adını Leyla qoymuşuq".
Xatırladaq ki, xalq artisti Ağadadaş Ağayevin oğlunun qız övladı dünyaya göz açıb.
Milli.Az