A–
Şamaxı, 12 mart, AZƏRTAC
Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin və Bakı şəhər Tofiq Quliyev adına 12 saylı 11 illik musiqi məktəbinin şagirdləri Novruz bayramı münasibətilə birgə konsertlə çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində keçirilən konsertdən əvvəl qonaqlar, habelə digər iştirakçılar mərkəzin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.
Konsertdə ilkin olaraq İncəsənət Təhsili Mərkəzinin Xalq çalğı alətləri orkestrinin ifasında Müslüm Maqomayevin “Radio marşı” ifa edilib. Daha sonra respublika və beynəlxalq müsabiqələrin laureatlarının ifasında Vasif Adıgözəlovun “Bayram süitası”, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından hissələr və xalq mahnıları səsləndirilib. Şagirdlərdən Könül Məhərrəmovanın, Elgün Əzizlinin, Ayşən Eminlini, Murad İbrahimovun ifaları tamaşaçılarda xoş ovqat yaradıb.
AZERTAG.AZ :Şamaxıda şagirdlər Novruz bayramı münasibətilə konsertlə çıxış ediblər


