A+
A–

Bakı, 16 mart, AZƏRTAC
“Park İnn” otelində Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilmiş “Hünər” X Vətənpərvərlik Mahnıları Festivalının final konserti və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalın yekun konsertindən əvvəl Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestri Azərbaycanın Dövlət Himnini ifa edib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, bu gün “Hünər” X Vətənpərvərlik Mahnıları Festivalına yekun vurulur. Əvvəlki illərdən fərqli olaraq builki yubiley festivalı tələbələr arasında keçirilib. Bu illər ərzində festival yüzlərlə istedadlı gəncin aşkar olunmasına kömək edib.
Nazir müavini qeyd edib ki, artıq ənənəyə çevrilmiş, hər il keçirilən bu festivala marağın artması gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə daha bir töhfədir. Bu işdə incəsənət və mədəniyyət mühüm rol oynayır.
İ.Babayev vurğulayıb ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir.
Festivalın seçim turunda ölkəmizin müxtəlif rayon və şəhərlərini təmsil edən 40-dan çox gənc iştirak edib. Onlardan 10 nəfəri finala çıxıb.
Festivalın münsiflər heyətinin tərkibinə xalq artistləri – bəstəkar Eldar Mansurov, müğənni Mübariz Tağıyev və Əməkdar İncəsənət Xadimi, şair Baba Vəziroğlu daxildir.
Konserti Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin solisti Tural Ağasıyev açıb. O, unudulmaz müğənni və bəstəkar Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa edib.
Yekun konsertindən sonra ilk üç yeri tutmuş iştirakçılara diplomlar və mükafatlar təqdim edilib. Festivalın digər iştirakçılarına diplomlar və xatirə hədiyyələri verilib.
AZERTAG.AZ :Bakıda “Hünər” X Vətənpərvərlik Mahnıları Festivalına yekun vurulub
Bakıda “Hünər” X Vətənpərvərlik Mahnıları Festivalına yekun vurulub
Bakıda “Hünər” X Vətənpərvərlik Mahnıları Festivalına yekun vurulub
Bakıda “Hünər” X Vətənpərvərlik Mahnıları Festivalına yekun vurulub
Bakıda “Hünər” X Vətənpərvərlik Mahnıları Festivalına yekun vurulub