Almaniyada xərçəng xəstəliyindən müalicə olunan aparıcı Nuran Hüseynov ötən gün Bakıya gəlib.

Axşam.az-ın məlumatına görə, aparıcı ötən gün "Bakı 2015"in könüllüləri üçün təşkil edilən Novruz şənliyinə qatılıb. O, səhnəyə sehirbaz libasında çıxıb.

hacı Nuran Novruz bayramını Bakıda qeyd edəcəyini deyib:

"Qərara gəldik ki, bayramı burada dostlarımla keçirdim. Belə plan qurdular ki, Azərbaycana xəlvət gəlim. Sürpriz olaraq hamının qarşısına çıxdım. Bu təklif gələndən sevincimdən uçuram. Neçə ildir Novruzu evimdə keçirmirəm. Hələ lap əla deyiləm. Müalicəm davam edir, yarım il orada olacam. Sentyabrdan Bakıya qayıdacam".

Milli.Az