Novruz bayramı bizim milli-mənəvi dəyərimizdir. Heç bir qüvvə onu Azərbaycan xalqının həyat tərzindən, tarixindən silə bilməyəcək!

Bunu Milli.Az-a açıqlamasında Novruz bayramı barədə fikirlərini bölüləşən Milli Məclisin üzvü Fəzail Ağamalı deyib.

"İlk dəfə rəsmi şəkildə qeyd edilən Bahar bayramı tədbirinin aparıcılarından biri mən olmuşam"

Onun fikrincə, Novruz bayramı Azərbaycan xalqının milli-mənəvi dəyəri hesab olunur: "Novruz bayramı tədbirlərinin onu milli bayram kimi yüksək səviyyədə təbliğ edən ölkə başçısı İlham Əliyev və onun xanımı Mehriban xanımın iştirakı ilə keçirilməsi artıq ənənə halını alıb. Onun dövlət səviyyəsində keçirilməsinin əsasını isə rəhmətlik ulu öndərimiz Heydər Əliyev qoyub və indi xalqımız tərəfindən ölkədə bayramların bayramı kimi ən yüksək səviyyədə qeyd olunur. Əlbəttə, Novruz bayramı bizim milli-mənəvi dəyərimizdir. Əsrlər boyu bu bayramın qeyd edilməsinin qarşısını almağa çalışdılar. Xüsusən Sovet hakimiyyəti dövründə bunu qadağan etdilər. Lakin bu bayram düşüncəmizdən, şüurumuzdan silinib getmədi, xalqın yaddaşda, həyat tərzində, əməllərində həmişə yaşadı".

"İlk dəfə rəsmi şəkildə qeyd edilən Bahar bayramı tədbirinin aparıcılarından biri mən olmuşam"

Millət vəkili Novruz bayramının Sovet dövründə ilk dəfə rəsmi şəkildə necə qeyd olunduğuna dair xatirələrini də bölüşüb: "Yaxşı xatırlayıram, 1967-ci ildə o zaman mən Azərbaycan Dövlət Universitetində tələbə idim. İlk dəfə olaraq rəsmi şəkildə Novruz bayramının keçirilməsi, o zaman Bahar qızın faytonda gəzintisi, milli musiqinin sədaları altında indiki Dənizkənarı Parkdan keçməsi, Qız Qalasının qarşısında "Yallı" rəqsinin ifası, böyük əhval-ruhiyyə və təmtəraqla qarşılandı.

"İlk dəfə rəsmi şəkildə qeyd edilən Bahar bayramı tədbirinin aparıcılarından biri mən olmuşam"

Lakin çox təəssüflər olsun ki, belə gözəl Bahar bayramı növbəti il keçirilmədi. Ona yenidən yasaq qoyuldu. Rəhmətlik Şıxəli Qurbanov da milli düşüncənin daşıyıcısı və bu bayramın təşəbbüskarı, təşkilatçısı kimi Sovet hökumətinin növbəti qurbanına çevrildi və o qətlə yetirildi. Biz tələbə idik. Xatırlayıram ki, universitetdə ilk dəfə Novruz bayramını geniş şəkildə qeyd edən məhz bizim Tarix fakültəsinin 464-cü qrupunun tələbələri oldu.

"İlk dəfə rəsmi şəkildə qeyd edilən Bahar bayramı tədbirinin aparıcılarından biri mən olmuşam"

Həmin gecənin aparıcılarından biri mən, digəri isə bizimlə paralel, rus bölməsində oxuyan Almas adlı bir xanım idi. Biz müəllimlərimizin də iştirakı ilə bayramı yüksək səviyyədə, gözəl əhval-ruhiyyə ilə qeyd etdik. Amma növbəti il bu sevinci yaşaya bilmədik. Bircə ona gücümüz çatdı ki, əklil düzəldib üstündəki lentin üzərinə "Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin 464-cü qrupundan" sözlərini yazdıraraq, o zaman təhsil aldığımız, indiki İqtisad Universitetinin binasında yerləşən korpusun qarşısından Fəxri Xiyabana qədər piyada gedib, onu Şıxəli Qurbanovun məzarı üzərinə qoyduq, ruhuna dualar oxuduq, yad etdik".

"İlk dəfə rəsmi şəkildə qeyd edilən Bahar bayramı tədbirinin aparıcılarından biri mən olmuşam"

F.Ağamalının sözlərinə görə, bundan sonra Azərbaycan öz müstəqilliyini yenidən bərpa edənədək Novruz bayramı rəsmi şəkildə qeyd edilmədi: "Lakin bu bayram bütün ailələrdə, evlərdə keçirilirdi. Hər yerdə tonqallar qalanır, niyyətlər edilir, şəkərburalar, paxlavalar, kökələr bişirilir, halvalar çalınır, masaların üstünü cücərdilən səmənilər bəzəyirdi. Hər bir evdə Novruz bayramına aid digər atributlar da özünü açıq ifadə edirdi.

"İlk dəfə rəsmi şəkildə qeyd edilən Bahar bayramı tədbirinin aparıcılarından biri mən olmuşam"

Lakin onun rəsmi şəkildə keçirilməsinə imkan verilmirdi. Şükürlər olsun ki, yenidən müstəqillik qazandıqdan sonra bu yasaqlardan xilas olduq və Novruz bayramı rəsmi şəkildə dövlət səviyyəsində milli bayarama çevrildi. Bu gün də bu bahar bayramı yüksək səviyyədə qeyd edilir. Tamamilə əminəm ki, bundan sonra heç bir qüvvə Azərbaycan xalqının bu milli bayramını onun həyat tərzindən, tarixindən silə bilməyəcək!"

İlkin İzzət
Milli.Az