Xalq yazıçısı Maqsud İbrahimbəyov martın 22-də dünyasını dəyişib.
Axşam.az xəbər verir ki, bu barədə Lent.az-a Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.
Qeyd edək ki, Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.
Azərbaycan Tikinti Nazirliyinin ağır sənaye inşaatı trestində mühəndis (1960-1962), Moskva Ali ssenaristlər kursunda müdavim (1962-1964), Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri (1964-1971), Moskva Ali rejissorluq kurslarında müdavim (1971-1973) olub.
Bədii yaradıcılığa 1960-cı illərdən başlayıb. Nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınıb. Onun "Mezozoy əhvalatı" pyesi Mədəniyyət Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birinci yeri tutub. ."Mezozoy əhvalatı", "Bayquş gəlmədi", "Yay tətili", "Bütün yaxşılıqlar üçün - ölüm!", "Truskavetsə kim gedir?", "Sən nəğməmsən mənim", "Ona görə ki, mən Ayvar Lidakam" və s. ssenariləri əsasında filmlər çəkilib.
"Qəza", "Bir az da sevinc", "Eşitmədiyim mahnı", "Qoy o bizimlə qalsın" və s. adlı kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılıb. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. "Bayquş gəlmədi" və "Bütün yaxşılıqlar üçün - ölüm!" əsərlərinə görə ona 1976-cı ildə Azərbaycan SSR Dövlət Mükafatı verilib.
M.İbrahimbəyov 1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət mükafatı laureatı (1976), Azərbaycan SSR Əməkdar İncəsənət xadimi (1979), Azərbaycan Respublikasının xalq yazıçısı (1988), Azərbaycan Respublikası Sülh Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995, 2000, 2005). Azərbaycan Respublikası Əsilzadələr Məclisinin sədri, Luiziana (ABŞ) ştatının Fəxri senatoru, Minneapolis şəhərinin (ABŞ) Fəxri vətəndaşı, Azərbaycan Respublikası PEN - klubunun prezidenti olub. “Şöhrət” (1995) və “İstiqlal” (2005) ordenləri ilə təltif olunub.
Maqsud İbrahimbəyov vəfat etdi
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Oktay Kaynarca məşhur verilişdən getdi
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Mourinyo “Fənərbaxça”nın istədiyi futbolçu barədə qərar verdi
Bu gün
·
17:42
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bu gün
·
17:31
Lemina oyun zamanı Yamala bu sözləri deyibmiş
Bu gün
·
17:18
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
Bu gün
·
17:02
Sergey Lavrov Bakıya gəldi
Bu gün
·
16:55
Jurnalist Ənvər Qafarlı vəfat etdi
Bu gün
·
16:47
İsrail Prezidenti Azərbaycana səfərə gəldi - FOTO
Bu gün
·
16:27
Bakı-Qazax yolunda ağır qəza - 6 nəfər xəsarət aldı
Bu gün
·
16:02
“Məktəb ideoloji qarşıdurma meydanı deyil” - Deputat
Bu gün
·
15:52
Laos AQEM-ə üzv qəbul edildi - FOTO
Bu gün
·
15:40
Emoməli Rahmon Bakıya gəlir
Bu gün
·
15:30
Kəlağayı ənənəsi: milli zövqün və tarixi yaddaşın rəmzi
Bu gün
·
15:16
Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var - VİDEO
Bu gün
·
15:10
“Kəlağayı daşımaq böyük qürur hissi yaradır” - Nailə İsmayılova
Bu gün
·
14:53
Oktyabrda keçid dövrünə xas hava şəraiti müşahidə olunur
Bu gün
·
14:48