Xalq artisti Ağadadaş Ağayev oğlunun toyu ilə bağlı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, müğənni “Hər şey daxil” verilişində övladının toyda tanınmış ifaçıların oxumasını istəmədiyini etiraf edib:

“Oğlumu nişanladım. Azərbaycanda bütün oxuyanlar dostumdur. Dedim, oğlum, bir siyahı ver, toyda hansı müğənnini görmək istəyirsən? Ağ vərəq verdi. Dedi, heç bir müğənnini istəmirəm. Narazıçılıq etdim ki, axı belə olmaz... Mən toyda sənə nə hədiyyə edim? Bircə əmim nəvəsi, gənc ifaçı Nurlan Təhməzlini istədi, o da gəlib, toyda 1 mahnı oxuyub getdi”.