Görkəmli kino xadimi, xalq artisti, Prezident təqaüdçüsü, kinorejissor Tofiq İsmayılov dünyasını dəyişib.
Axşam.a "Report"a istinadən xəbər verir ki, T.İsmayılov uzun sürən ağır xəstəlikdən sonra martın 25-də dünyasını dəyişib. Xatırladaq ki, Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Teatr Institutunun aktyorluq, sonra rejissorluq fakültəsində, Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil alıb.
Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaçılar Teatrında aktyorluqdan başlayıb. 1960-cı ildən Radio və Televiziya Verilişləri Komitəsində rejissor, 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında bədii fılmlərin quruluşçu rejissoru vəzifəsində işləyib.
Uzun illər ərzində onlarla bədii filmlərə quruluş verib. O, milli dəyərlərə xüsusi diqqət yetirildiyi, tamaşaçıların rəğbətlə qarşıladıqları “Mən nəğmə bəstələyirəm”, “Bizim küçənin oğlanları”, “Gilas ağacı”, “Oxuyur Müslüm Maqomayev”, “Əzablı yollar”, “Musiqi müəllimi”, “Vulkana doğru” kimi filmlərin rejissorudur.
O, 1971-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında çalışıb, kafedraya rəhbərlik edib. 1994-cü ildən Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetinin professoru, eyni zamanda İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşaviri olub.
Tofiq İsmayılov iki qardaş ölkə arasındakı mədəni əlaqələrin möhkəmləndirilməsinə böyük xidmət göstərib. Azərbaycan ədəbiyyat və incəsənətinin Türkiyədə təbliğ etmək üçün çox iş görüb çoxsaylı teatr və kino festivallarının, ədəbiyyat günlərinin, təqdimatların təşkilatçısı olmuşdur. 2007-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.
Tofiq İsmayılov 25 il davam edən "Sənətkarlığımızın portreti" bədii-sənədli filmlər silsiləsi üzərində çalışıb, bu sıradan Tofiq Quliyev, Gülxar Həsənova, Əminə Dilbazi, Xəyyam Mirzəzadə, Müslüm Maqomayev və digər mədəniyyət xadimlərinə həsr olunan filmləri qeyd etmək olar. O, “Türk xalqarının kino tarixi” üç cildlik əsərinin, onlarla elmi-publisistik məqalənin müəllifidir.
Tofiq İsmayılov uşaqlar üçün pyeslər, hekayələr kitbları dərc etdirib. Əsərləri xarici ölkə xalqlarının dilində nəşr olunub.
Xalq artisti dünyasını dəyişdi
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
24 saatlıq reklam paylaşımından 700 min qazanır
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Ronaldonun ümumi qazancı 2 milyard dollara çatdı
Bu gün
·
08:25
“Qalatasaray” rəqibini 22 qolla darmadağın etdi
Bu gün
·
01:33
Oktyabrın son günləri bu bürclər üçün düşərli olacaq
Bu gün
·
01:15
Bakıda ilk kazino bu tarixdə açılacaq
Bu gün
·
00:59
Makron etirazlara görə 70 min polisi səfərbər etdi
Bu gün
·
00:40
Hərbi xidmətə çağırılanların nəzərinə - 100 manat cərimə var
Bu gün
·
00:31
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim etdi
Bu gün
·
00:27
Gölün dibinə 140 ağac əkdilər, 11 il sonra gözlənilməz nəticə oldu
Dünən
·
23:42
Qara dənizdə vurulan gəmidən xilas edilən azərbaycanlıların FOTOSU
Dünən
·
23:18
PSJ və “Barselona” “Qalatasaray”ın ulduzunu istəyir
Dünən
·
23:14
Milyon dollarlıq təyyarələr səhralarda çürüyür
Dünən
·
23:09
Zülal ehtiyacını ödəmək üçün insanlara böcək yedizdirə bilərlər
Dünən
·
22:48
Münasibətlər bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək - MHP sədri
Dünən
·
22:34
Rusiya və Ukrayna arasında əldə edilən atəşkəsin detalları
Dünən
·
22:02
Azərbaycan çempionatlarında 15000-ci qol vuruldu - VİDEO
Dünən
·
21:52