"Hər şey daxil" verilişinin qonağı xalq artisti Ağadadaş Ağayev olub
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, verilişdə qonaq olan sənətçi bir neçə ay öncə baş tutmuş oğlunun toyundan danışıb.
"Oğlum toyunda heç bir müğənnini görmək istəmədi. Azərbaycanda bütün adlı-sanlı oxuyan hər kəs mənim yaxın dostumdu. Oğluma toydan öncə dedim ki, bir siyahı ver, hansı müğənnini toyunda görmək istəyirsənsə, dəvət edim. O, mənə ağ vərəq verdi. Buna görə narazıçılıq etdim. Amma o, heç kimi istəmədi. Əmim nəvəsi, gənc müğənni Nurlan Təhməzli gəlib oxuyub getdi".

Milli.Az