A–
Bakı, 1 aprel, AZƏRTAC
Mayın 2-də Heydər Əliyev Sarayında “Milli sərvətimizdir muğam" adlı konsert proqramı təqdim ediləcək.
AZƏRTAC xəbər verir ki, istedadlı gənc muğam ifaçılarının iştirakı ilə keçiriləcək konsertdə bənzərsiz muğamlarımızla yanaşı, xalq və bəstəkar mahnıları da səslənəcək.
Konsertin fəxri qonaqları qismində Xalq artistləri Teymur Mustafayev, Könül Xasıyeva, Bilal Əliyev, Zabit Nəbizadə və Əməkdar İncəsənət Xadimi Aqil Məlikov çıxış edəcəklər.
AZERTAG.AZ :"Milli sərvətimizdir muğam" adlı konsertdə səhnəni gənc ifaçılar bölüşəcək