Bu gün Topaz Premyer Liqasında IV dövrəyə start veriləcək. Fanat.az xəbər verir ki, sonuncu dövrənin ilk, ümumilikdə isə XXVIII turun bütün qarşılaşmaları eyni gündə keçiriləcək.
İlk qarşılaşma Bakıda baş tutacaq. Ötən tur öz meydanında debütant “Zirə”ni məğlub edən və bu qələbə sayəsində ilk üçlüyə yerləşən “Kəpəz” bu dəfə paytaxtda AZAL-ın qonağı olacaq. Gəncəlilər hazırda olduqları mövqeni əldən verməmək üçün qələbə qazanmağa borcludular. Şahin Diniyevin yetirmələri mükafatlara iddia edirsə, paytaxt səfərindən itkisiz dönməlidi. AZAL isə öz meydanında qalib gələrək, liderlər qrupu ilə aradakı xal fərqini “əritmək” istəyir. Əvvəlki oyunda “Qəbələ”yə qalib gələn “təyyarəçilər” bunun təsadüfi olmadığını isbatlamaq əzmindədi.
İkinci pillənin sahibi “Zirə” isə “Sumqayıt”ı qəbul edəcək. “Debütant” öz meydanında yenilməzlik seriyasını davam etdirmək istəyir. Adil Şükürovun yetirmələri həm də qazanacaqları mümkün 3 xalla izləyicisindən uzaqlaşıb liderə yaxınlaşmağı düşünür. “Sumqayıt”da isə vəziyyət bir qədər fərqlidi. Belə ki, “kimyaçılar” nəticədən asılı olmayaraq hazırda yer aldıqları 8-ci pilləni dəyişməyəcəklər. Buna baxmayaraq Samir Abasovun “drujinası” səfərdə iddialı rəqibinə “başağrı” ola biləcək gücdədi.
Çempionatın şəksiz lideri “Qarabağ” isə “Xəzər Lənkəran”ın qonağı olacaq. Ağdamlılar ardıcıl 5-ci qələbə üçün çıxacaqları matçda arzularına çatsalar, növbəti çempionluq üçün daha bir addım atmış olacaqlar. Qurban Qurbanovun yetirmələri cütün favoriti hesab olunsalar da, cənublular da asan təslim olmaq istəmirlər. Qolsuzluq seriyasına keçən tur səfərdə “Sumqayıt”la oyunda son qoyan Elbrus Məmmədovun komandası bu dəfə doğma meydan amilindən yararlanaraq qələbəsizliyi də sonlandırmaq istəyir.
Turun yeganə paytaxt derbisində “Rəvan” “Neftçi” ilə oynayacq. Medallar üçün cüzi şansları olan “ağ-qaralar” buna son verməmək üçün “Bayıl Arena”da qələbə qazanmalıdı. 14 oyunda qalib gəlməyin nə olduğunu unudan ev sahibləri isə heç də yaxşı günlərini yaşamayan “Neftçi”ni büdrətməyə çalışacaqlar.
Turun mərkəzi oyunu Qəbələdə baş tutacaq. Ötən mövsümün mükafatçıları “Qəbələ” və “İnter” növbəti duelinə çıxacaq. İlk “beşlik”də qərarlaşan rəqiblər medal arzusunu gerçəkləşdirmək üçün qalib gəlməlidi. Ardıcıl 3 məğlubiyyət alan meydan sahibləri üçün 3 xal daha vacibdi. Çünki uğursuzluq mükafatçılar sırasına düşmək şansını daha da azaltmış olacaq. Bakılılar isə ən azı mövqeyini qorumaq üçün uduzmamalıdı.
Topaz Premyer Liqası
2015/16 mövsümü
III dövrə, XXVIII tur
3 aprel
AZAL - Kəpəz 0:0
AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 9. Aydın Qasımov, 11. Ruslan Nəsirli, 14. İlqar Ələkbərov, 21. Murad Səttarlı, 23. Hacı Əhmədov, 24. Emin Cəfərquliyev, 77. Adan Koronado.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 4. Qvanzav Maqomedov, 10. Nuqzar Kvirtiya, 19. Məhəmməd Bədəlbəyli, 20. İsmayıl İbrahimli, 27. Aleksandr Quruli, 88. Mirzağa Hüseynpur.
Baş məşqçi: Tərlan Əhmədov.
Kəpəz: 88. Tadas Simaitis, 3. Tərlan Quliyev, 5. Kərim Diniyev, 6. Ceyhun Cavadov, 7. Juninyo, 9. Namiq Ələsgərov, 13. Şəhriyar Rəhimov, 18. Tural Axundov (k), 19. Orxan Əliyev, 25. Şəhriyar Əliyev, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 15. Azad Kərimov, 21. Xəzər Qəribov, 23. Tural Nərimanov, 27. Bəxtiyar Soltanov, 80. Tural Rzayev, 99. Əli Səmədov.
Baş məşqçi: Şahin Diniyev.
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Knyaz Əmiraslanov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
Mövsümün əvvəlki 3 qarşılaşması: 0:1, 1:1, 0:2
“AZAL Arena”
16.00 Zirə - Sumqayıt
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Zirə İdman Kompleksinin stadionu.
16.00 Xəzər Lənkəran - Qarabağ
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Vüsal Qənbərov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Arif Fərəcov.
Hakim-inspektor: Fazil Mürşüdov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.
17.00 Rəvan - Neftçi
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Coşqun Həsənov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Əli Hüseynov.
“Bayıl Arena”.
19.00 Qəbələ - İnter
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Namiq Hüseynov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Qəbələ şəhər stadionu.
|
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
|
|
1 |
Qarabağ |
27 |
18 |
6 |
3 |
47-17 |
60 |
|
|
2 |
Zirə |
27 |
14 |
8 |
5 |
33-22 |
50 |
|
|
3 |
Kəpəz |
27 |
12 |
9 |
6 |
35-23 |
45 |
|
|
4 |
İnter |
27 |
12 |
8 |
7 |
26-18 |
44 |
|
|
5 |
Qəbələ |
27 |
11 |
8 |
8 |
32-23 |
41 |
|
|
6 |
AZAL |
27 |
10 |
6 |
11 |
19-27 |
36 |
|
|
7 |
Neftçi |
27 |
9 |
8 |
10 |
27-30 |
35 |
|
|
8 |
Sumqayıt |
27 |
6 |
10 |
11 |
29-37 |
28 |
|
|
9 |
Xəzər Lənkəran |
27 |
3 |
5 |
19 |
11-36 |
14 |
|
|
10 |
Rəvan |
27 |
2 |
8 |
17 |
18-44 |
8 |
|
|
Bombardirlər |
Nelson Bonilla (Zirə) - 10. Riçard Almeyda (Qarabağ), Dani Kintana (Qarabağ), Ruslan Qurbanov (Neftçi) - 8. Aleksey Antonov (Qəbələ), Amil Yunanov (Sumqayıt) - 7. Samuel Armenteros (Qarabağ) - 6. |
|||||||
|
Qeyd: |
FIFA İntizam Komitəsinin müraciəti əsasında "Rəvan"ın aktivindən 6 xal silinib. |
|||||||
Fanat.az