Ötən gün Heydər Əliyev Sarayında xalq artisti, bəstəkar Emin Sabitoğlunun bəstələdiyi mahnılardan ibarət böyük konsert proqramı keçirilib.

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, "Emin Sabitoğlunun musiqi dünyası" adlı konsertdə respublikanın xalq artistləri Flora Kərimova, Aygün Bayramova, Heydər Anatollu, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, əməkdar artistlər Mətanət İsgəndərli, Aygün Bəylər, aşıq Samirə, tanınmış müğənnilər Natavan Həbibi, "Şeron" vokal qrupu, Günay İbrahimli, Mirkamil Kamilov və Elçin Cəfərov iştirak ediblər.

Müğənniləri səhnədə "Buta" instrumental ansamblı müşayiət edib.

Qeyd edək ki, ansamblın bədii rəhbəri xalq artisti Fəxrəddin Dadaşov, musiqi rəhbəri Rövşən Qurbanovdur.

Milli.Az

Flora, Aygün və Natavan eyni səhnədə - FOTO