Azərbaycanın qadın otüstü xokkeyçiləri beynəlxalq turnirdə növbəti qələbə qazanıblar

16:33 20 Fevral 2015
46 İdman
Ölkə mətbuatı
A- A+


 
Bakı, 20 fevral, AzərTAc
Qadın otüstü xokkeyçilərdən ibarət Azərbaycan millisi Dünya Xokkey Liqasının ikinci mərhələsində növbəti qələbəsini qazanıb.
AzərTAc xəbər verir ki, Uruqvayın paytaxtı Montevideoda təşkil olunan yarışın play-off mərhələsində qızlarımız Dominikan Respublikasının millisi ilə qarşılaşıblar. Baş məşqçi Adil Paşayevin yetirmələri görüşdən 5:0 hesablı qələbə ilə ayrılıblar.
Millimiz qrup mərhələsində Trinidad və Tobaqo kollektivinə 5:1, Fransa yığmasına 3:2, Keniya xokkeyçilərinə isə 5:0 hesabı ilə qalib gəlib.
Turnirin finalçıları Dünya Xokkey Liqasının növbəti raunduna birbaşa vəsiqə qazanacaq. Uruqvayda üçüncü yeri tutan komanda da belə bir şansa sahib ola bilər. Martda Dehlidə və Dublində keçiriləcək yarışların yekununda isə üçüncü yeri tutan komandalar arasında ən yüksək reytinqə malik kollektiv növbəti mərhələyə çıxmaq hüququ qazanacaq.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_qadin_otustu_xokkeychileri_beynelxalq_turnirde_novbeti_qelebe_qazaniblar-833676

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR