Bu gün müğənni Ayan Babakişiyevanın doğum günüdür.
Milli.Az lent.az-a açıqlama verən ifaçı bildirib ki, hər il təmtəraqlı doğum günü keçirsə də, bu il ənənəsinə sadiq qalmayacaq: "Ad günü keçirmək əhval-ruhiyyəsində deyiləm. Bu gün adi günlərdən biri olacaq. Təbriklər alıram, ən böyük hədiyyəm qızım Selenanın həyatımda var olmasıdır".
Qeyd edək ki, Ayan Babakişiyeva 1989-cu il aprelin 12-də Gəncə şəhərində anadan olub. Professional səhnəyə Elçin İmanovun "Sənin xatirinə" mahnısı ilə gəlib. Ayanın repertuarında Elçin İmanov, Kamal, Xanım İsmayılqızı, Aygün Bəylər, Faiq Sücəddinovun bəstələri üstünlük təşkil edib.
Milli.Az