Bu gün müğənni Ayan Babakişiyevanın doğum günüdür.

Axşam.az-ın məlumatına görə, ifaçı bildirib ki, hər il təmtəraqlı doğum günü keçirsə də, bu il ənənəsinə sadiq qalmayacaq:

"Ad günü keçirmək əhval-ruhiyyəsində deyiləm. Bu gün adi günlərdən biri olacaq. Təbriklər alıram, ən böyük hədiyyəm qızım Selenanın həyatımda var olmasıdır".

Qeyd edək ki, Ayan Babakişiyeva 1989-cu il aprelin 12-də Gəncə şəhərində anadan olub. Peşəkar səhnəyə Elçin İmanovun "Sənin xatirinə" mahnısı ilə gəlib. Ayanın repertuarında Elçin İmanov, Kamal, Xanım İsmayılqızı, Aygün Bəylər, Faiq Sücəddinovun bəstələri üstünlük təşkil edib.

Selena adında 2 yaşlı bir qızı var.

Ayanın ad günüdür - "Ən böyük hədiyyəm..."