Naxçıvanda Xocalı faciəsinə həsr olunmuş şeir və inşa yazı müsabiqələri keçirilib

Naxçıvanda Xocalı faciəsinə həsr olunmuş şeir və inşa yazı müsabiqələri keçirilib
16:53 20 Fevral 2015
261 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 20 fevral, AzərTAc
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Xocalı şəhidlərinin xatirəsinin yad edilməsi və yeniyetmələrə vətənpərvərlik hisslərinin aşılanması məqsədilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında şeir müsabiqəsi keçirilib.
AzərTAc xəbər verir ki, Naxçıvan şəhərindəki Afiyəddin Cəlilov adına 12 nömrəli tam orta məktəbdə keçirilən müsabiqədən əvvəl Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Qızıllı Əliyeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni daşnaklarının Xocalı şəhərində törətdiyi amansız faciədə şəhid olmuş, itkin düşmüş, zərərçəkmiş sakinlər haqqında faktlarla məlumat verib.
Müsabiqədə Naxçıvan şəhərinin 17 tam orta məktəbindən 17 şagirdin şeiri dinlənilib. Münsiflər heyətinin qərarına əsasən, 3 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Qasım Səfərov birinci, 14 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Anar Mikayılov ikinci, 16 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Səma Cəlilova isə üçüncü yerlərə layiq görülüblər.
Qaliblərə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.
Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, Kəngərli Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Qıvraq qəsəbəsində isə inşa yazı müsabiqəsi keçirilib.
On iki tam orta məktəbdən 26 inşa yazının təqdim olunduğu müsabiqənin qalibi Yurdçu kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Nigar Rüstəmova olub. Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi İnci Abdullayeva ikinci, Yeni Kərki kənd tam orta məktəbinin 10-cu sinif şagirdi İmran Hüseynov isə üçüncü yeri tutublar.
Qaliblərə mükafatlar təqdim edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivanda_Xocali_faciesine_hesr_olunmus_seir_ve_insa_yazi_musabiqeleri_kechirilib-833688

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR