"Nadir şah" növbəti dəfə nümayiş olunacaq - "Azdrama"da

"Nadir şah" növbəti dəfə nümayiş olunacaq - "Azdrama"da
17:17 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Milli.Az olaylar.az-a istinadən xəbər verir ki, yazıçı-publisist Yunus Oğuzun “Nadir şah” romanı əsasında hazırlanmış eyniadlı tamaşa növbəti dəfə tamaşaçı qarşısına çıxır. Tamaşanın bu dəfəki premyerası fevralın 21-də saat, 19:00-da, ənənəvi olaraq Azərbaycan Akademik Milli Dram Teatrında baş tutacaq.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilıə hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, rejissoru əməkdar artist Vidadi Həsənov, quruluşçu rəssamı İlham Elxanoğlu, bəstəkarı əməkdar incəsənət xadimi Sərdar Fərəcov, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Ceyran Həsənovadır. Döyüş səhnələrinə əməkdar artist Pərviz Məmmədrzayev, rəqslərə Lalə Hacıyeva quruluş verib. Tamaşada Nadir şah obrazını xalq artisti Ramiz Novruz və əməkdar artist Məmməd Səfa ifa edirlər. Janrı iki hissəli dramatik xronika kimi təyin olunmuş tamaşada əməkdar artistlər Vidadi Həsənov (Sultan I Mahmud, Əbül Feyz, Əmir Teymur, Səadət xan – Moğol şahının vəziri), Əli Nur (Sultan I Mahmud, Əbül Feyz, Əmir Teymur, Səadət xan – Moğol şahının vəziri), Pərviz Məmmədrzayev (Məhəmməd şah – Moğol şahı, Miyanqala sərkərdəsi), Elşən Rüstəmov (Təhmasib xan Cəlayir, Qızlar Ağa, Nizamül-Mülk – Moğol şahının vəziri), İlham Hüseynov (Leyli Əbdül Əfəndi, Hakim Atalıq, Baş münəccim, Qolitsin), Ayşad Məmmədov (Dauran xan – Moğol şahının vəziri, Həsən Paşa – Osmanlı vəziri, Qoca), aktyorlar Hikmət Rəhimov (Rzaqulu – Nadir şahın oğlu, Kamuşkin – Rusiya elçisi), Amid Qasımov (Rzaqulu – Nadir şahın oğlu, Kamuşkin – Rusiya elçisi), Ramin Şıxəliyev (Nəsrullah – Nadir şahın oğlu, Məhəmməd Hüseyn), Şamil İbrahimov (Nəsrullah – Nadir şahın oğlu, Məhəmməd Hüseyn), Oqtay Mehdiyev (Məhəmməd şah – Moğol şahı, Miyanqala sərkərdəsi), Vüsal Mustafayev (Məhəmməd xan Türkmən – Nadir şahın elçisi, Rəhim Sultan, Qadam), Vüqar Hacıyev (Məhəmməd xan Türkmən – Nadir şahın elçisi, Rəhim Sultan, Qadam), Elgün Həmidov (Dauran xan – Moğol şahının vəziri, Həsən Paşa – Osmanlı vəziri, Qoca), Əminə Babayeva (Qadın, Bizi-dayə), Nigar Güləhmədova (Fatimə soltan bəyim, Sərvi), Könül Cəfərzadə (Fatimə soltan bəyim, Sərvi), Adil Dəmirov (Oğul) çıxış edirlər.

İki hissədən ibarət tamaşanın xronometrajı 2 saat 5 dəqiqədir. Qeyd edək ki, bundan əvvəl 3 dəfə premyerası keçirilən tamaşa izləyici auditoriyası tərəfindən rəğbətlə qarşılanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/325775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR