I divizionda XXII turun bütün təyinatları açıqlanıb. Fanat.az xəbər verir ki, Premyer Liqa hakimlərindən 4-ü bu həftə aşağı liqada fit çalacaq.
Onlardan ikisi FIFA referisidi. Belə ki, Rəhim Həsənov “Bakılı” - “Şəmkir”, Orxan Məmmədov “Şərurspor” - MOİK matçını idarə edəcək.
Bundan başqa Ömər Paşayev “Neftçala” - “Zaqatala”, Ramil Diniyev “Qaradağ Lökbatan” - “Turan Tovuz” oyununda fit çalacaq. Sonuncu iki gün sonra Premyer Liqanın mərkəzi matçını - "Neftçi" - "Qarabağ" görüşünü idarə edəcək.
14 aprel
15.00 Qaradağ Lökbatan - Turan Tovuz
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Tural Bayramov, Anar Fərəcov.
Hakim-inspektor: Novil İsmayılov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu (canlı / CBC Sport).
15.00 Göyəzən - Ağsu
Hakimlər: Əmrah İbrahimov, Elman Kərimov, Eyyub İbrahimov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Vaqif Ayvazov.
Qazax şəhər stadionu.
15.00 Energetik - Şahdağ
Hakimlər: Camaləddin Hacıyev, Azad Hüseynov, Rəşadət Cəfərov, Samir Hüseynov.
Hakim-inspektor: Əmir Zamanov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu.
20.30 Şərurspor - MOİK
Hakimlər: Orxan Məmmədov, Zöhrab Abbasov, Cəmil Quliyev, Fuad Rəsulzadə.
Hakim-inspektor: Əliyar Xanəliyev.
“Bayıl Arena”.
15 aprel
14.00 Bakılı - Şəmkir
Hakimlər: Rəhim Həsənov, Coşqun Həsənov, Akif Əmirəli, Tahir Əhmədov.
Hakim-inspektor: Azad Mütəllimov.
“İnter Arena”, 4-cü meydança.
15.00 Neftçala - Zaqatala
Hakimlər: Ömər Paşayev, Elman Musayev, Vüqar Bayramov, Etibar Həsənov.
Hakim-inspektor: Eldəniz Musayev.
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu.
15.00 Bakı - Mil-Muğan
Hakimlər: Alik Yunusov, Elnur Ağayev, Murad Kərimov, Anar Niyazov.
Hakim-inspektor: Hafiz Əliyev.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
Fanat.az