Aprelin 28-də Şəki şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı – Şəki 2016” ilinin təntənəli açılış mərasimi olub.

Axşam.az-ın məlumatına görə, tədbirdə TÜRKSOY ölkələrinin folklor qrupları, türkdilli ölkələrdən gəlmiş nümayəndə heyətləri, həmçinin Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin təmsilçiləri, görkəmli elm və incəsənət xadimləri, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov iştirak ediblər.

Ana vətənim mahnısıyla tədbirdə çıxış edən Natavan Həbibi sonda bütün iştirakçılari səhnəyə dəvət edib və tədbir Müslüm Maqomayevin Azərbaycan mahnısı ilə yekunlaşıb.

Müğənni tədbirlə bağlı fikirlərini bölüşüb:

"Möhtəşəm bir tədbir idi. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən türkdilli ölkələrin iştirak etdiyi bu tədbirə Azərbaycanın adına mənim dəvət olunmağım məni qürurlandırdı. Yüksək səviyyədə keçirilən tədbiri bizim çıxışımız da yaddaqalan etdi. Qonaqların üzündəki ifadəni görəndə əsl adımıza layiq çıxış etdiyimizə əmin oldum".

Qeyd edək ki, TÜRKSOYun təşkilatçılığı ilə keçırılən Türkvision 2011 festivalında da Azərbaycanı N.Həbibi təmsil etmişdi.

"Qonaqların üzündəki ifadəni görəndə..." -  Natavan

"Qonaqların üzündəki ifadəni görəndə..." -  Natavan

"Qonaqların üzündəki ifadəni görəndə..." -  Natavan