Milli.Az gecce.az-a istinadən xəbər verir ki, ANS telekanalında verilişlərdən birində qonaq olan xalq artisti Ağadadaş Ağayev qadın və kişi münasibətindən danışıb.
"Azərbaycanda qadınların üzərinə düşən haqq başqadı. Kişilərdə isə tamam başqa. Bir neçə il öncə ailədə belə aqressiya, dedi-qodu və söz-söhbətlər yox idi. Çünki qadın və kişi öz yerini bilirdi. Mənim həyat yoldaşım bir gecə gedib başqa evdə qalsa, evə qayıdanda onu qəbul edə bilmərəm. Biz kişilərin təbiəti, xarakteri belədir. Hər dəfə qadın bəhanə edib, atası evinə getməlidi? Qadın evindən kənarda qalmamalıdır. Kişiləri çox vaxt qınayırlar. Bizi çoxgəzən adlandırırlar. Bu mühit olmasa, kişi gedib kimlə gəzəcək? Həmin mühiti yaradan azad qadınlardı".

Milli.Az