Bu gün Topaz Premyer Liqasında XXXV turun oyunları keçiriləcək. Fanat.az xəbər verir ki, turun bütün matçları eyni gündə və eyni saatda baş tutacaq.
Ardıcıl 3-cü çempionluğunu təmin edən “Qarabağ” autsayder “Rəvan”ın qonağı olacaq. Görüş ağdamlılar üçün əhəmiyyətsiz olsa da, Bəhmən Həsənovun yetirmələri üçün Premyer Liqadakı yerini qoruya bilmək baxımından olduqca vacib oyundu. Qarşılaşmanın şəksiz favoriti olan “köhlən atlar” bundan qabaqkı 3 oyunda da rəqibinə şans verməyib.
Çempionatın digər autsayderi “Xəzər Lənkəran” isə “Sumqayıt”ı qəbul edəcək. Əsas hədəfi elitada qalmaq olan və bunun üçün “Rəvan”la qiyabi mübarizə aparan cənublular “Sumqayıt”la da qonşu pillələrdə qərarlaşsalar da, aradakı xal fərqi baxımından iki klub arasında intriqa yoxdu. Finişə 3 tur qalmış baş məşqçisiz qalan “ağ-yaşıllar” məhdud heyətlə əsas liqadakı yerini qorumaq üçün “Sumqayıt”ı xalsız yola salmalıdı.
Günün diqqətçəkən qarşılaşmalarından biri Masazırda baş tutacaq. Bakıda keçirilən U-17-lərin Avropa çempionatı ilə əlaqədar, “Əlincə Arena”dan yararlanan “Neftçi” avrokuboklara buraxılmamaq sanksiyası ilə üzləşən “İnter”i qəbul edəcək. Vəli Qasımovun yetirmələri kubokda finala çıxsalar da, işlərini möhkəm tutmaq üçün çempionatda da lazımi pillədə qərarlaşmaq istəyirlər. Bunun üçün isə “bankirlər” üzərində qələbə lazımdı.
Premyer Liqanın debütantı “Zirə” ilə cari mövsümdə yenidən elitada çıxış edən “Kəpəz”in qarşılaşması da maraqlı oyun vəd edir. Gəncə klubu 3-cülük iddialarını davam etdirmək üçün artıq “gümüş” qazanacağı heç kəsdə şübhə doğurmayan rəqibi ilə oyunda xal itirməməlidilər. İkilinin öz aralarındakı nəticələrə nəzər salsaq, Şahin Diniyevin yetirmələrinin öndə olduğunu görmək olar. İlk üç oyundan sonra 2 qarşılaşma bərabərə bitibsə, bir oyunda gəncəlilər sevinib.
Cari mövsümdə qeyri-stabil çıxışla yadda qalan “Qəbələ” isə avrokuboklara digər iddialı AZAL ilə münasibətləri ayırd edəcək. Ölkə kubokunda mübarizəni dayandıran Roman Qriqorçukun komandası bütün diqqətini çempionata yönəldərək, turnir cədvəlində yuxarı pillələrə qalxmaq niyyətindədi. “Zirə” və “İnter”in avrokuboklara buraxılmaması ilə əlaqədar, Avroliqaya çıxmaq şansları olan AZAL isə əlinə düşən imkandan lazımınca faydalanmaq arzusundadı. Odu ki, bu komandaların görüşünün də gərgin mübarizə şəraitində keçəcəyini təxmin etmək olar. Cari mövsümdə 3 dəfə üz-üzə gələn rəqiblərin duelində 1 dəfə “Qəbələ”, 1 dəfə AZAL sevinib, digər görüşdə isə heç-heçə qeydə alınıb.
Premyer Liqa
2015/16 mövsümü
IV dövrə, XXXV tur
15 may
18.00 Rəvan - Qarabağ
Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Coşqun Həsənov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Əli Hüseynov.
"Bayıl Arena".
18.00 Xəzər Lənkəran - Sumqayıt
Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Vüsal Qənbərov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Gülağa Cabbarov.
"Xəzər Lənkəran" Mərkəzi Stadionu.
18.00 Neftçi - İnter
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Akif Əmirəli, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
"Əlincə Arena".
18.00 Zirə - Kəpəz
Hakimlər: Rauf Cabbarov, Zeynal Zeynalov, Nahid Əliyev, Rövşən Rəcəbov.
AFFA nümayəndəsi: Arif Fərəcov.
Hakim-inspektor: Murad Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.
18.00 Qəbələ - AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Rahil Ramazanov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
Qəbələ şəhər stadionu.
|
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
|
|
1 |
Qarabağ |
34 |
25 |
6 |
3 |
62-19 |
81 |
|
|
2 |
Zirə |
34 |
17 |
10 |
7 |
40-28 |
61 |
|
|
3 |
İnter |
34 |
15 |
11 |
8 |
36-24 |
56 |
|
|
4 |
Kəpəz |
34 |
15 |
10 |
9 |
46-37 |
55 |
|
|
5 |
Qəbələ |
34 |
14 |
11 |
9 |
41-28 |
53 |
|
|
6 |
AZAL |
34 |
13 |
7 |
14 |
26-33 |
46 |
|
|
7 |
Neftçi |
34 |
12 |
10 |
12 |
36-37 |
46 |
|
|
8 |
Sumqayıt |
34 |
7 |
12 |
15 |
37-47 |
33 |
|
|
9 |
Xəzər Lənkəran |
34 |
3 |
5 |
26 |
13-47 |
14 |
|
|
10 |
Rəvan |
34 |
4 |
8 |
22 |
23-60 |
14 |
|
|
Bombardirlər |
Nelson Bonilla (Zirə), Dani Kintana (Qarabağ) - 14. Ruslan Qurbanov (Neftçi) - 12. Amil Yunanov (Sumqayıt) - 10. Riçard Almeyda (Qarabağ), Aleksey Qay (Qəbələ) - 9. |
|||||||
|
Qeyd: |
FIFA İntizam Komitəsinin müraciəti əsasında "Rəvan"ın aktivindən 6 xal silinib. |
|||||||
Fanat.az