Müğənni Samira Allahverdi məşhur “Siravi Əhməd” mahnısını oxuyub.

Axşam.az-ın məlumatına görə, musiqisi Emin Sabitoğluna, sözləri Rüfət Əhmədzadəyə aid olan bəstənin aranjiman işi gürcü musiqiçi Giviyə həvalə edilib.

S.Allahverdi bu ifasını əsgərlərə həsr etdiyini bildirib:

“İllərin mahnısı olan “Sıravi Əhməd” artıq mənim ifamda. Bu mahnını çox sevirəm. Yaşasın Allah yolunda vuruşan Azərbaycan əsgəri”.

Qeyd edək ki, "Siravi Əhməd" mahnısı Xədicə Abbasova səsləndirib.