Xalq artisti Teymur Mustafayev əməkdar artist Zakir Əliyevə məşhur müğənni Flora Kərimova haqqında tapşırıq verib. Zakir Əliyev bu haqda Milli.Az-a danışıb:
"Tədbirlərdən birində Teymur əmi məni kənara çəkib tapşırdı ki, Flora Kərimovadan muğayat ol. Qulluğunda dayan, nə lazımdırsa et. O, bu sözləri mənə Flora xanımla uzun müddət söhbət edəndən sonra söylədi. Teymur əmi çox kövrək insan olduğu qədər, həm də zaraftacıl insandır. Flora xanımı isə lap çox istəyir. Hər iki sənətkar uzun illər birlikdə Azərbaycan musiqisinə xidmət etmiş insanlardır. Hətta bu yaxınlarda "Nanəli" verilişində Teymur əmi oxuyanda Flora xanım özünü saxlamayıb rəqs də etmişdi. Bu iki sənətkardan təkcə mən yox, bütün xalqımız muğayat olmalıdır".
Əli Rəhimoğlu
Milli.Az

