Futzal üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. Fanat.az xəbər verir ki, sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyada təşkil olunacaq mundialın 24 iştirakçısı 6 qrupa bölünüb.
Tarixində ilk dəfə final mərhələsinə yüksələn Azərbaycan millisinin də rəqibləri də bəlli olub. Yığmamız F qrupunda mübarizə aparacaq.
Medelyin şəhərində baş tutan tədbirdə millimizin bəxti gətirməyib. Komandamız çox güclü İran və İspaniya komandaları ilə eyni qrupa düşüb. Bu qrupa 3-cü səbətdən isə Afrika təmsilçisi Mərakeş düşüb.
Qeyd edək ki, 1/8 finala hər qrupda ilk 2 yeri tutanlar və ən yaxşı nəticəyə malik 4 üçüncü yer sahibi vəsiqə əldə edəcək.
A qrupu
Kolumbiya, Portuqaliya, Özbəkistan, Panama

B qrupu
Tailand, Rusiya, Kuba, Misir

C qrupu
Paraqvay, İtaliya, Vyetnam, Qvatemala

D qrupu
Ukrayna, Braziliya, Mozambik, Avstraliya

E qrupu
Argentina, Qazaxıstan, Solomon adaları, Kosta-Rika

F qrupu
İran, İspaniya, Mərakeş, Azərbaycan

Fanat.az